PREZİDENT İLHAM ƏLİYEV AZƏRBAYCANIN MİSİRDƏKİ SƏFİRLİYİNİN YENİ BİNASININ AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 6-da Qahirədə ölkəmizin Misir Ərəb Respublikasındakı səfirliyinin yeni binasının açılış mərasimində iştirak etmişdir.Səfirliyin əməkdaşları və Qahirədə yaşayan soydaşlarımız dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar.
Prezident İlham Əliyev və Misirin Baş naziri Əhməd Nazif “Azərbaycan Respublikasının səfirliyi” sözləri yazılmış lövhənin üzərindən ağ örtüyü götürdülər və açılışı bildirən lenti kəsdilər.
Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya gül dəstələri
təqdim olundu.
təqdim olundu.Azərbaycan Prezidenti və Misirin Baş naziri səfirliyin yeni binasında əməkdaşlar üçün yaradılmış şəraitlə tanış oldular, ayrı-ayrı otaqlara, konfrans salonuna baxdılar.
Məlumat verildi ki, Qahirənin ən gözəl rayonlarından olan bu ərazidə bir çox səfirliklər yerləşir.
Misir Ərəb Respublikası Azərbaycanın dövlət müstəqilliyini 1991-ci il dekabrın 26-da tanımış, 1992-ci il aprelin 11-də iki ölkə arasında diplomatik əlaqələr qurulmuşdur. Azərbaycanın Misirdəki səfirliyi 1994-cü ildən fəaliyyət göstərir.
Sonra təntənəli mərasim oldu. Mərasimdə çıxış edən Misirin Baş naziri Əhməd Nazif regionda fəal siyasət yürüdən ölkəsinin bir çox münaqişələrin həllində vasitəçi kimi
çıxış etdiyini bildirdi. Ölkəsinin iqtisadi inkişafından danışan Baş nazir dedi ki, biz dost Azərbaycanla iqtisadi əlaqələrin dərinləşdirilməsində maraqlıyıq və iş adamlarınızı Misirə dəvət edirik.
çıxış etdiyini bildirdi. Ölkəsinin iqtisadi inkişafından danışan Baş nazir dedi ki, biz dost Azərbaycanla iqtisadi əlaqələrin dərinləşdirilməsində maraqlıyıq və iş adamlarınızı Misirə dəvət edirik.Prezident İlham Əliyev çıxışında Qahirədə Azərbaycan səfirliyinin yeni binasının açılması münasibətilə diplomatlarımızı təbrik etdi, təkcə Misirlə deyil, digər islam ölkələri ilə də əlaqələrin genişləndirilməsinin Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğuladı. Misir Prezidentini və Baş naziri ölkəmizə səfərə dəvət etdiyini bildirən Prezident İlham Əliyev özünün indiki səfəri çərçivəsində imzalanacaq sənədlərin qarşılıqlı əməkdaşlığa yeni təkan verəcəyini söylədi.