Prezident İlham Əliyev: Buzovna qayalarının zəbt edilməsi ilə bağlı çox böyük pozuntular aşkarlandı
Bakı, 25 iyul, AZƏRTAC
Bu yaxınlarda ictimaiyyətin bir qrup nümayəndəsi mənə müraciət etmişdir ki, böyük tarixə malik olan Buzovna qayaları bəzi insanlar tərəfindən zəbt edilmişdir. Mən Bakı Şəhər İcra Hakimiyyətinin başçısına dərhal göstəriş verdim ki, bu məsələ araşdırılsın, mənə məruzə edilsin və mənə məruzə edildi. Çox böyük pozuntular aşkarlandı, çox böyük pozuntular. Bu qanunsuz əməllərə kimlər əl atıb? Dövlət məmurları və bəzi dırnaqarası sahibkarlar! Onların da siyahısı var.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Araz Əhmədovu Masallı, Əkbər Abbasovu Lerik və Elvin Paşayevi Göygöl rayon icra hakimiyyətlərinin başçısı təyin olunmaları ilə əlaqədar qəbul edərkən bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, bu, tarixə qarşı, bizim təbiətimizə qarşı cinayətdir. Bu qayalar Bakının rəmzidir, bu qayalar əsrlər boyu sahilimizin gözəlliyini əks etdirirdi. Bu qayalara insanlar yaxınlaşırdı, orada filmlər çəkilirdi. Kimsə bunu zəbt edir, onları sındırır, özləri üçün villa tikir.
“Əfsuslar olsun ki, belə hallar çoxdur. Bu gün bir daha demək istəyirəm ki, bu hallara qarşı çox ciddi mübarizə aparılır. Çünki idarəetmədə çox ciddi islahatlar aparılır, çox böyük təmizləmə işləri aparılır. Bu işlərə rəvac verən və bəzi dövlət məmurlarını, yerli icra orqanlarını bu qanunsuz işlərə təhrik edən insanlar hakimiyyətdən uzaqlaşdırıldı. Hakimiyyət təmizlənir və insanlar da bunu görürlər”, - deyə Prezident İlham Əliyev əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.02.2026 [00:07]
Aeroport şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib
- 13.02.2026 [18:15]
Bakıda daha bir narkokuryer saxlanılıb VİDEO
- 13.02.2026 [17:40]
Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib
- 13.02.2026 [16:41]
Xəzərdə nadir növdən olan balıqları ovlayan brakonyer saxlanılıb
Fransada irqçiliklə mübarizə gücləndiriləcək
- 13.02.2026 [23:57]
Türkiyə Superliqası: "Qalatasaray" 3 xalı darmadağınla qazanıb
- 13.02.2026 [23:08]
Almaniya Kansleri: Azadlığımızı qonşularımızla birlikdə qoruyuruq
- 13.02.2026 [22:41]
Donald Tramp tezliklə Venesuelaya səfər edəcəyini açıqlayıb
- 13.02.2026 [22:07]
“Dastan” brendinin yeni kolleksiyasının təqdimatı keçirilib
- 13.02.2026 [21:54]
Bəxtiyar Vahabzadənin xatirəsi Şəkidə yad edilib
- 13.02.2026 [21:05]
Bakıda Serbiyanın Dövlətçilik Günü qeyd olunub
- 13.02.2026 [20:29]
Türkiyədəki əcnəbilərin demək olar yarısı İstanbulda və Antalyada yaşayır
- 13.02.2026 [20:20]
Praqadakı Azərbaycan Mədəniyyət Evində ədəbi axşam təşkil olunub
- 13.02.2026 [20:16]
Hərbi Hava Qüvvələrinin xidməti-döyüş fəaliyyəti yüksək qiymətləndirilib
- 13.02.2026 [19:34]
Antalya hava limanında qalxış zamanı təyyarənin təkərləri yerindən çıxıb
- 13.02.2026 [19:22]
WUF13 Könüllülük Proqramı çərçivəsində təlimlər başlayır
- 13.02.2026 [19:19]
Fuad Nəsirov: Yaradıcılığımın əsas xətti emosiya və milli motivlərdir
- 13.02.2026 [19:11]
“İncəsənət müəllimlərinin qış məktəbi” başlayıb
- 13.02.2026 [18:36]
MDU və AzTU “Azərbaycan İES”də birgə elmi-praktik tədbir keçirib
- 13.02.2026 [18:30]
Azərbaycan mətbəxi Kolumbiyada təqdim olunub
- 13.02.2026 [18:17]
Süni intellektli gələcəyə baxış MƏQALƏ
- 13.02.2026 [18:15]
Naxçıvanda çöl heyvanları üçün biotexniki tədbir təşkil olunub
- 13.02.2026 [17:55]
Rusiya Bankı əsas illik faiz dərəcəsini 15,5 faizə endirib
- 13.02.2026 [17:43]
Cud Bellinqem İngiltərə millisinin cari ildəki ilk oyunlarını buraxa bilər
- 13.02.2026 [17:42]
Çexiyada illik inflyasiya səviyyəsi son 10 ilin ən aşağı səviyyəsinə düşüb
- 13.02.2026 [17:41]
Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib
- 13.02.2026 [17:40]
Çindən Azərbaycana göndərilən bağlamalarda gecikmələr ola bilər
- 13.02.2026 [17:19]
Bakı Ali Neft Məktəbində innovativ təlim infrastrukturu genişləndirilib
- 13.02.2026 [17:14]
“Paşa Bank” səhmlərin ilkin kütləvi təklifinə dair tədbir keçirib
- 13.02.2026 [17:12]
Rəqəmsal inkişaf və nəqliyyat naziri Salyanda vətəndaşlarla görüşüb
- 13.02.2026 [17:08]
Dövlət orqanlarında 17 vakant vəzifə daxili müsahibəyə çıxarılıb
- 13.02.2026 [17:06]
AMEA: Ramiz Mehdiyev Akademiyanın həqiqi üzvlüyündən xaric ediləcək
- 13.02.2026 [16:59]
Mark Rütte: Avropanın kollektiv təhlükəsizliyə baxışı dəyişib
- 13.02.2026 [16:58]
Ordubadın 3 kəndində elektrik enerjisinin verilişində fasilə olacaq
- 13.02.2026 [16:51]
Dövlət Xidmətinin yaranma günü qeyd edilib
- 13.02.2026 [16:46]
Xəzərdə nadir növdən olan balıqları ovlayan brakonyer saxlanılıb
- 13.02.2026 [16:41]
Dəm qazından qorunmaq üçün nələrə diqqət edək?
- 13.02.2026 [16:39]
Hərbi attaşelər HHQ-nin hərbi hissəsində olublar
- 13.02.2026 [16:37]
Ötən il məişət zorakılığı ilə bağlı 109 vətəndaşa mühafizə orderi verilib
- 13.02.2026 [16:34]
Nazirlik: Ötən dövrdə 920-dən çox benefisiara xidmət göstərilib
- 13.02.2026 [16:30]
Azərbaycanın güləş yığmalarında yeni məşqçi təyinatları olub
- 13.02.2026 [16:23]
BMU-da “BoostCamp 9” layihəsi başa çatıb
- 13.02.2026 [16:15]