Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Lahıc qəsəbəsinə təbii qazın verilməsi mərasimində iştirak edib YENİLƏNİB VİDEO

İsmayıllı, 26 avqust, AZƏRTAC

Avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllı rayonunun Lahıc qəsəbəsinə təbii qazın verilməsi mərasimində iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və xanımı əvvəlcə Lahıc qəsəbəsinin sakinləri ilə görüşdülər.

Dövlətimizin başçısı görüşdə çıxış edərək dedi:

- Mən sizi salamlayıram. Çox şadam ki, Lahıc qəsəbəsinə gəlmişəm. Uzun illərdir ki, istəyirdim gəlim. Amma Prezident kimi ilk səfərimdir. Əvvəllər dəfələrlə olmuşam, siz də bunu yaxşı bilirsiniz. İstəyirdim əliboş gəlməyim. Ona görə bir az vaxt apardı. Ancaq bu səfər ərəfəsində Lahıc qəsəbəsində çox önəmli hadisələr baş vermişdir. Birincisi, biz bu gün Dəmirçi-Lahıc avtomobil yolunun açılışını qeyd etdik. Bu, hesab edirəm ki, tarixi bir layihədir. Lahıc qəsəbəsini Şamaxı rayonu ilə birləşdirir. Əvvəlki yol keçilməz idi. Heç yük maşını ilə getmək mümkün deyildi. İndi isə mən özüm bu yolla gəlmişəm. Çox rahat, gözəl yoldur, təhlükəsiz yoldur. Bakıdan Lahıca gələn turistlər üçün də, vətəndaşlar üçün də çox rahat bir yoldur. Həm daha qısadır, həm də təhlükəsiz getmək mümkündür.

Keçən il mən Dəmirçi kəndində olarkən, kəndin inkişafı ilə bağlı göstərişlər vermişəm. Bu gün orada tarix muzeyinin açılışını qeyd etdik. Dəmirçi kəndi də Lahıc qəsəbəsi ilə tarixən bağlı olan bir kənddir. Ona görə indi gediş-gəliş də çox rahat olacaq.

Lahıc qəsəbəsinin təhsil məsələlərinin həlli də diqqət mərkəzindədir. Bilirəm, belə təkliflər də olubdur ki, yeni məktəb tikilsin. Keçən il Sərəncam verildi və bu gün biz bu məktəbin açılışını etdik. Gözəl, 400 şagird yerlik məktəbdir. Hazırda burada təxminən 200-dən çox şagird oxuyur. Amma gələcəkdə əhali artacaq, uşaqların sayı artacaq. Elə məktəb tikmişik ki, gələcəkdə də Lahıc qəsəbəsinin ehtiyacını tam ödəsin.

Əlbəttə ki, Lahıc qəsəbəsinə təbii qazın çəkilişi də tarixi layihədir. Siz yaxşı bilirsiniz ki, qaz xətlərini çəkmək çox çətin məsələdir, həm maliyyə baxımından, həm texniki baxımdan. Ancaq Lahıcın Azərbaycanda xüsusi yerini nəzərə alaraq, biz bu böyük layihəni də icra etdik. İndi biz təbii qazın verilməsini sizinlə birlikdə qeyd edəcəyik.

Yəni, bir daha demək istəyirəm, mən bu gün gəlmişəm ki, bu tədbirlərdə iştirak edim və sizinlə görüşüm. Şadam ki, Lahıc sakinlərinin xahişləri tam yerinə yetirilib. Əgər əlavə xahişlər olarsa, siz mənə deyin, biz onları da həll edərik ki, bu tarixi, qədim qəsəbə öz inkişafını bundan sonra da təmin etsin.

Lahıc tarixi bir yerdir, qədim yaşayış diyarıdır. Burada yaşayan insanlar çox istedadlı insanlardır. Sizin misgərlik sənətiniz, digər sahələrdə fəaliyyətiniz lahıclıların nə qədər istedadlı olduğunu göstərir. Eyni zamanda, Lahıcdan bir çox görkəmli şəxsiyyətlər olub, bu gün də var - alimlər, ziyalılar, ictimai xadimlər. Yəni, Lahıc çox dəyərli insanlar yetişdirib. Hesab edirəm ki, təhsil məsələsində də siz ön sıralardasınız. Mənə indi məlumat verildi ki, Lahıc məktəbini bitirən şagirdlər Azərbaycanın ali məktəblərinə yüksək ballarla daxil olurlar. Yəni, bu, onu göstərir ki, qəsəbənin çox dərin kökləri var, mədəniyyəti var. Bu mədəniyyət özünü göstərir. Çünki Lahıc nəinki Azərbaycanda, bizim regionumuzda unikal yaşayış yeridir. Təsadüfi deyil ki, Lahıca minlərlə, on minlərlə turist gəlir. İndi Şamaxı-Lahıc yolu ilə daha da çox gələcəklər. Əminəm ki, turistlərin axını daha da artacaq. Bu qəsəbənin özəlliyi ondadır ki, burada çox nadir memarlıq ansamblı mövcuddur.

İndi Lahıcın memarlığı, küçələri, binaları özlüyündə bir milli sərvətdir. Burada işləyən, yaşayan insanların əl işləri də, əlbəttə ki, bu qəsəbəni dünya səviyyəsində təqdim edir. Təsadüfi deyil ki, dünyanın aparıcı televiziya kanallarında Lahıcla bağlı verilişlər gedib və bu gün də gedir. Həm “Euronews”, həm başqa aparıcı televiziya kanallarında, qonşu ölkələrin kanallarında indi çox gözəl reportajlar verilir. Bu da Azərbaycanın şöhrətini daha da artırır və Lahıca gələcək turistlərin sayını da artırır.

Turizm Azərbaycanda prioritet istiqamətlərdən biridir. Mənə verilən məlumata görə, Lahıcda otellər tikilir, bir otel indi məktəbin önündə inşa edilir. Mən bunu da alqışlayıram. Bax, turistlərin sayı 2016-cı ildə 22 faiz, 2017-ci ildə 20 faiz, bu ilin 7 ayında 9 faiz artıb və bu proses davam edir. Hər gələn turist xidmət sektorunun inkişafına xidmət göstərir. Mən istəyirəm ki, hər bir yerdə, ölkəmizin hər bir guşəsində insanlar daha da yaxşı yaşasınlar, onların həyat səviyyəsi yüksəlsin, dolanışıq yaxşı olsun. Ona görə biz bütün lazımi infrastruktur layihələrini icra edirik, o cümlədən İsmayıllı rayonunda. Mən dünən İsmayıllı rayonunun bəzi obyektlərinin açılışında olmuşam. Həm yeni heyvandarlıq kompleksi, aqropark, yarımstansiya, yollar - bütün bunlar İsmayıllı rayonunun inkişafına xidmət göstərir. İsmayıllı rayonunda qazlaşdırmanın səviyyəsi 75 faizdir. Biz içməli su layihəsini icra etmişik, İsmayıllı şəhərinin içməli su problemi həll olunub. Bir çox kənd yolları salınıb. Dünən istifadəyə verdiyimiz yarımstansiya nəinki İsmayıllı rayonuna, qonşu rayonlara da enerji ötürür. İndi yarımstansiya ancaq 40 faiz gücü ilə işləyir. Yəni, İsmayıllı rayonunun gələcək inkişafı üçün bizdə indi bütün enerji təsərrüfatı mövcuddur.

Dünən mən xalçaçılıq fabrikinin açılışında iştirak etmişəm. Orada 150 qadın işlə təmin olunub, xalçaçılıq sənətini yaşadır, yaxşı maaş alır. Yəni, bu gün Azərbaycan reallıqları budur. Ən ucqar yerdə infrastruktur yaradılır, təhsil müəssisələri tikilir, yollar, qaz xətləri çəkilir ki, insanlar rahat yaşasınlar. Əminəm ki, yolun, qazın çəkilişindən sonra Lahıca gələn qonaqların - həm Azərbaycan vətəndaşlarının, həm də xarici vətəndaşların sayı qat-qat artacaq.

Mən şadam ki, bu gün sizinlə birlikdəyəm. Mən lahıclılarla müxtəlif sərgilərdə dəfələrlə görüşmüşəm - Bakıda, Mehriban xanımın xətti ilə Heydər Əliyev Fondunun tədbirlərində, xarici ölkələrdə lahıclılar öz sənətini nümayiş etdirirlər. Hər dəfə də onlar məni dəvət edirdilər, mən də hər dəfə deyirdim ki, gələcəyəm. Amma bir daha demək istəyirəm, istəyirdim ki, əliboş gəlməyim. Sizi bir daha təbrik edirəm.

X X X

Lahıc qəsəbə tam orta məktəbinin direktoru, Əməkdar müəllim Hikmət HAQVERDİLİ dövlətimizin başçısına minnətdarlığını çatdıraraq dedi:

- Möhtərəm cənab Prezident, hörmətli Mehriban xanım, Lahıca xoş gəlmisiniz. Sizi bütün lahıclılar adından salamlayıram. Bu əziz günlərdə bizimlə bir yerdə olduğunuza görə Sizə və Mehriban xanıma öz minnətdarlığımızı bildiririk. Bu gün Lahıcda möcüzələr baş verir. Lahıc və lahıclılar üç böyük tarixi hadisəni yaşayırlar. İlk növbədə, qazlaşdırmadan danışmaq istəyirəm. Bizim ağlımıza gəlməzdi ki, nə vaxtsa Lahıcda qaz olacaq. Bu gün Lahıca və ona bitişik dörd kəndə qaz verildi. Bu, Sizin insanlara qayğınızın, dövlətimizin artan qüdrətinin bariz təcəssümüdür. Bundan sonra insanlarımız evlərində mavi qazla isinəcək, evlərə rahatlıq gələcək.

Mübaliğəsiz deyə bilərəm ki, Siz və Mehriban xanım insanlığın, xeyirxahlığın, vətənə və milli dövlətçiliyə xidmətin bariz nümunəsisiniz. Biz hamımız Sizin səfərlərinizi, görüşlərinizi diqqətlə izləyirik. Siz ötən il Dəmirçi kəndində səfərdə olarkən qeyd etdiniz ki, həmin kəndin sakinlərinin Lahıcda qohumları yaşayır, buradan Lahıca qədər yol çəkiləcək. Bu gün artıq bu yol çəkilib. Bu yolda addımlayan hər kəs hər addımda Sizə dualar edəcək.

Məktəb binası 1928-ci ildə tikilmişdi. Doxsan ildən sonra Lahıcda müasir tələblərə cavab verən yeni məktəb tikildi. Mən bir məktəb direktoru kimi deyə bilərəm ki, Lahıc məktəbinin şöhrəti çox böyükdür. Bu şöhrət bundan sonra da artacaq. Məktəbə ayaq qoyan hər bir şəxs dövlətimizin, öz Prezidentinin qayğısını həmişə hiss edəcək və onlar dövlətimizə həmişə sədaqətli vətəndaşlar olacaqlar.

Möhtərəm Prezident, Mehriban xanım, Sizin sayənizdə Lahıc beynəlxalq aləmə çıxıb. Lahıc misgərlik sənətinin UNESCO-nun mədəni irs siyahısına daxil edilməsini biz lahıclılar Mehriban xanımın müstəsna xidməti kimi dəyərləndiririk. Lahıc sənətkarları, bütün lahıclılar adından Sizə minnətdarlığımı bildirirəm. Mehriban xanım, Sizi ad gününüz münasibətilə bütün lahıclılar adından təbrik edirik. Siz insanlara daim sevinc, xoşbəxtlik bəxş edirsiniz. Biz Sizin fəaliyyətinizi daim izləyirik. Siz həmişə xeyirxah işlərdə, xeyirxah tədbirlərdə iştirak edirsiniz. Bu Sizi fərqləndirən cəhətlərdəndir. Siz bu əziz gündə - ad gününüzdə biz lahıclılarla bir yerdəsiniz. Bu, Sizin böyüklüyünüzü, insanlara bağlılığınızı göstərir.

Möhtərəm Prezident, Sizin və Mehriban xanımın siyasəti nəticəsində Azərbaycan bütün dünyaya işıq saçır. Biz fəxr edirik ki, belə bir ölkənin vətəndaşıyıq. Biz fəxr edirik ki, Sizin kimi qüdrətli, xalqını sevən, vətəninə, kökünə bağlı olan rəhbərlərimiz var. Sizi, Mehriban xanımı, ailənizin hər bir üzvünü bütün lahıclılar adından səmimi qəlbdən təbrik edirəm, cansağlığı, uzun ömür, işlərinizdə müvəffəqiyyətlər arzulayıram. Allah Sizi qorusun.

X X X

Prezident İlham ƏLİYEV: Çox sağ olun.

Birinci xanım Mehriban ƏLİYEVA: Çox sağ olun.

X X X

Qəsəbə sakini Hüseynağa KAMİLZADƏ də Prezident İlham Əliyevə təşəkkür edərək dedi:

- Cənab Prezident, çox böyük təşəkkürümü bildirirəm ki, böyüklük etmisiniz. Biz çox çətin vəziyyətlər keçirmişik, piyada gedib-gəlirdik, balaca bir yol var idi. Mərhum atanız, - Allah ona rəhmət eləsin, - İsmayıllıda bir tədbirdə idi, mən də o tədbirin iştirakçısı idim. O vaxt oradan Lahıca gedəndə Aslanov ona demişdi ki, Siz Siyasi Büronun üzvüsünüz, oraya getmək təhlükəlidir. O, həmin iclasda yol nazirinə dedi ki, yoldaş Xələfov, sizə göstəriş verirəm, bir ildən sonra bütün nəqliyyat növləri Lahıca hərəkət etməlidir, özüm gələcəyəm. Çox diqqətli idi. Bir azdan sonra bildiyiniz kimi, böyük işlə əlaqədar Moskvaya apardılar. Həmin nazir hər həftənin altıncı günü burada olurdu. Bir neçə dəfə də bizim evimizdə qonaq olmuşdu. Söhbət edirdi ki, ulu öndər Heydər Əliyev çox diqqətli insandır. Moskvada olmağına baxmayaraq, vaxtaşırı danışanda soruşurdu ki, Lahıcın yolu nə yerdədir? İndi Sizdə onun diqqəti var. Allah ona qəni-qəni rəhmət eləsin. Bizim lahıclılar heç vaxt yaxşılığı unutmurlar. O körpüdən keçən elə bir adam olmur ki, oradan keçəndən sonra ona rəhmət oxuyub, salavat çevirməsin.

Sizin xidmətiniz isə göz qabağındadır. Çox böyük xidmətləriniz var və bu, əvəzedilməzdir. Allahdan Sizə, hörmətli Mehriban xanıma uzun ömür, cansağlığı arzu edirəm. Ən azı bundan 100 il sonra da bir yerdə yaşamağı arzulayıram.

Prezident İlham ƏLİYEV: Bir daha demək istəyirəm ki, Lahıcın Azərbaycan tarixində xüsusi yeri var. Bugünkü müstəqil Azərbaycanı dünyada təqdim edən, öndə gedən qəsəbələrdən biridir. İndi dünya bilir ki, Lahıc kimi bir yer var, burada gözəl insanlar yaşayırlar, gözəl təbiəti var. On minlərlə insan gəlib sizinlə görüşəcək və Lahıcı tanıyacaq.

X X X

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev İsmayıllı rayonuna, o cümlədən Lahıc qəsəbəsinə təbii qaz xəttinin çəkilməsi ilə bağlı görülən işlər barədə məlumat verdi.

Prezident İlham Əliyevin təsdiq etdiyi və uğurla icra olunan regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən Dövlət proqramının əsas müddəalarında biri də ölkə ərazisinin tam qazlaşdırılmasıdır. Hazırda “Azəriqaz” İstehsalat Birliyinin qarşısına qoyduğu əsas hədəflərdən biri də çətin relyefə malik ərazilərin qazlaşdırılmasıdır və bu sırada İsmayıllı rayonunun Lahıc qəsəbəsi mühüm yer tutur. Dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən, Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunan qəsəbənin qazlaşdırılması son illərdə bu sahədə əldə edilən mühüm nailiyyətlərdən biridir. Belə ki, dövlətimizin başçısının ucqar kənd və qəsəbələrin qazlaşdırılması barədə tapşırığına uyğun olaraq, Lahıc qəsəbəsi və bu xətt boyunca yerləşən kəndlər də daxil olmaqla qazlaşdırma işləri həyata keçirilib.

Rövnəq ABDULLAYEV dedi:

- Cənab Prezident, 27 yaşayış məntəqəsinin qazla təmin olunmasından sonra indi 2297 qəsəbə mərkəzləşdirilmiş qazla təmin olunub.

Prezident İlham ƏLİYEV: Qazlaşdırma bizdə neçə faizə çatıb?

Rövnəq ABDULLAYEV: Cənab Prezident, bu proqram çərçivəsində qaz şəbəkələrinin uzunluğu 10 min 500 kilometrdən 45 min 500 kilometrə çatıb. Qazlaşdırma sahəsi arta-arta gedir. Bu gün ölkə üzrə qazlaşdırma səviyyəsi 95 faizdir.

Prezident İlham ƏLİYEV: Amma İsmayıllı rayonunda 75 faizdir.

Rövnəq ABDULLAYEV: Bu, rayondakı dağlara görədir.

Prezident İlham ƏLİYEV: Ona görə mən tapşırıram, məşğul olun. Biz gərək qazlaşdırmanı artıraq. Dünən icra başçısı mənə dedi ki, yaxın günlərdə 5 kəndin qazlaşması həyata keçiriləcək.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd SADIQOV: Bu gün qazla təmin edilən kəndlər də daxil olmaqla.

Rövnəq ABDULLAYEV: Cənab Prezident, 720 min abonentimiz var idi. Dövlət Proqramının icrasından sonra artıq 2 milyon 140 min abonent var.

Prezident İlham ƏLİYEV: Üç dəfə artıb.

Rövnəq ABDULLAYEV: Bəli. Əgər itkilər 2010-cu ildə 16-17 faiz idisə, yeni sistemlərin qurulmasından sonra itkilər azalıb və hazırda 5,5 faizə enib. Cənab Prezident, Lahıca qazı 19 kilometr kənardakı qazpaylayıcı məntəqədən çəkmişik. Bununla bərabər, Qaraqaya, Gəndov, Namazgah kəndləri də qazlaşdırılıb. Lahıcın daxilində ümumilikdə 39 min metr uzunluğunda boru xətti çəkilib.

Prezident İlham ƏLİYEV: Bütün evlərə qaz çəkilib?

Rövnəq ABDULLAYEV: Cənab Prezident, Sizin göstərişinizlə fərq qoymadan bütün evlərə, bütün obyektlərə qaz çəkilib. Relyefin xüsusiyyətlərinə, iqlim şəraitinə görə burada qaz çəkilişinin çətinlikləri var. Qaz xətti dağlıq ərazilərdən, qayalıqlardan keçdiyinə görə bəzən borular əllə daşınıb.

Prezident İlham ƏLİYEV: Bu, həm texniki cəhətdən çətin işdir, həm də çox maliyyə vəsaiti tələb edir. Ancaq artıq bunu etmişik.

x x x

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lahıc qəsəbəsinə təbii qazın verilməsinin rəmzi olan məşəli alovlandırdılar.

Daha sonra dövlətimizin başçısı və birinci xanım Lahıc icma evində yaradılan şəraitlə tanış oldular.

Qəsəbə sakini misgər Nəzər ƏLİYEV dedi: Cənab Prezident, Sizə son dərəcə minnətdarıq. Bizim üçün yaratdığınız bu şəraitə, bizə yaşatdığınız sevincə görə bütün sakinlərimiz adından Sizə minnətdarlığımızı bildiririk. Bu il nəvəm Fərrux məktəbə gedəcək, o gözəl məktəbə görə də çox sağ olun. Sizə dünyalar qədər təşəkkür edirik. Sizin gəlişinizə çox sevinirik.

Qeyd edək ki, rayon mərkəzindən 36 kilometr məsafədə yerləşən Lahıcda əhalinin əsas məşğuliyyəti sənətkarlıqdır. Qəsəbə icmasının təklifi ilə Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan kənd investisiya layihəsi çərçivəsində Lahıcda ümumi sahəsi 428 kvadratmetr olan icma evi tikilib. Burada sənətkarlara yaradıcılıqla məşğul olmaqla yanaşı, öz əsərlərini satmaq üçün də şərait yaradılıb. Azərbaycan kənd investisiya layihəsinin üstünlükləri kənd icmalarının infrastruktur problemlərini həll etməklə məhdudlaşmır. Layihə icma üzvlərinin müasir biznes fəaliyyəti üçün vacib olan birgə fəaliyyət, layihələrin və biznes planların hazırlanması bacarıqlarına yiyələnmələrinə şərait yaradır.

Dövlətimizin başçısının diqqət və qayğısı sayəsində ölkəmizdə müşahidə olunan inkişaf bölgələrimizin, hər bir kəndin, qəsəbənin simasında hiss olunur. Bu gün İsmayıllıda həyata keçirilən layihələr zəngin tarixə malik Lahıc qəsəbəsini də əhatə edib. Girdiman çayının sahilində, dağlar qoynunda yerləşən Lahıc Azərbaycanın ən məşhur sənətkarlıq mərkəzlərindən biridir. Lahıc sənətkarlarının misdən döymə üsulu ilə hazırladıqları silahlar və qablar çox məşhurdur. Qəsəbədəki emalatxana və mağazaların demək olar ki, hamısı mərkəzi küçə boyunca yerləşir və bu ərazi turistlərin ən çox gəldiyi yerlərdəndir.

Lahıc sənət növlərinin çoxluğuna və sənətkarlarının sayına görə təkcə Şirvan elində, yaxud da Azərbaycanda deyil, eləcə də Yaxın Şərqdə tanınıb. Vaxtilə Lahıcda 123 sənət növü olub. Hazırda bu sənət növlərinin yaşadılması və gələcək nəsillərə ötürülməsi diqqət mərkəzində saxlanılır. Mütəmadi olaraq turist izdihamının yaşandığı qəsəbə yollarında nadir sənət nümunələrinin satışı həyata keçirilir.

Lahıc qəsəbəsini gəzən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sənətkarlıq emalatxanalarında oldular, sakinlərlə görüşüb söhbət etdilər, xatirə şəkilləri çəkdirdilər.

Qəsəbə sakinləri dövlətimizin başçısını və birinci xanımı böyük sevinc və coşğu ilə qarşıladılar.

Lahıc qəsəbəsinin dörd yaşlı sakini Ayan Abdullazadə Azərbaycana həsr olunmuş şeir söylədi:

Azərbaycan! Qibləgahım!

İlk ümidim, son pənahım!

Səndən ауrı həyatmı var?!

Qollarımda qandal olsa,

Ayağımda buxov olsa,

Yenə dizin-dizin

Sürünərəm qucağına!!!

Gözlərimə pərdə ensə,

İşıq gələr, sürtsəm sənin

Рak, müqəddəs torpağına!!!

Hər vücudda iki göz var,

İki ayaq, iki əl var, iki qulaq.

Fəqət, fəqət ürək birdir!

Dil də birdir!

Demək, onda dilək birdir!

Neçə bölsən, hər əzaya

Yüz ad versən,

Nəhayətdə bədən birdir!

Gündoğandan Günbatana,

Güneyindən quzeyinə,

Dörd iqlimdə, dörd cəhətdə,

Vətən birdir!

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qəsəbə sakini misgər Nəzər Əliyevin evində oldular.

Ailə üzvləri dövlətimizin başçısını və xanımını böyük sevinc hissi ilə qarşıladılar.

AİLƏ ÜZVLƏRİ: Xoş gəlmisiniz. Mehriban xanım, Sizi ad gününüz münasibətilə təbrik edirəm.

Birinci xanım Mehriban ƏLİYEVA: Xoş gördük. Çox sağ olun.

Prezident İlham ƏLİYEV: Söz vermişdim ki, gələcəyəm. Lahıca da gəldim, evinizə də gəldim.

AİLƏ ÜZVLƏRİ: Çox sağ olun, böyük xoşbəxtlikdir. Həmişə siz gələsiniz. Allah köməyiniz olsun.

Misgər Nəzər Əliyevin ailə üzvləri dövlətimizin başçısı və birinci xanım ilə xatirə şəkli çəkdirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Lahıc qəsəbəsinə təbii qazın verilməsi mərasimində iştirak edib YENİLƏNİB VİDEO

“Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb

“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr

Azərbaycanda 150 kilovatdan yuxarı bərpaolunan enerji layihələrinin inkişafı üçün yeni layihəyə start verilib

Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb

Azərbaycan Kubokunda daha üç oyun keçirilib

Aygün Attar: Azərbaycan beynəlxalq münasibətlərdə təşəbbüskar aktor kimi mövqeyini gücləndirir

BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub

“AzerGold”un rəhbəri “Yüksəliş”in qalibi ilə fəaliyyətin səmərəli planlaşdırılmasına dair təcrübəsini bölüşüb

Mərakeşdə Fəs Sufi Mədəniyyəti Festivalı təşkil olunacaq

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişlənir - ŞƏRH

Azərbaycan-Mərkəzi Asiya münasibətlərində keyfiyyətcə yeni mərhələ formalaşır - ŞƏRH

Azərbaycan və Gürcüstan iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini nəzərdən keçirib

Səyyar ASAN xidmət İsmayıllıda

Dövlət müəssisələrinin rəqəmsal monitorinqi” altsistemində 1113 müəssisə qeydiyyatdan keçib

MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər

Dövlət İdarəçilik Akademiyasında yeni dərslik təqdim edilib: “Davamlı inkişaf siyasəti”

Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib, 23 motoxuliqan saxlanılıb VİDEO

Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib, 23 motoxuliqan saxlanılıb VİDEO

Rumıniyalı səyyah: Şuşa qalasında olduq və bizə Qarabağın simvolu olan Xarıbülbül barədə məlumat verildi

Azərbaycanlı alim Özbəkistanda beynəlxalq konfransda məruzə edib

Fransada lisey şagirdinin şikayəti əsasında “qətlə cəhd” ittihamı üzrə araşdırma başlanıb

Ekspert: Bakının təşəbbüskar diplomatiyaya keçidi kifayət qədər ciddi strateji dəyişiklikdir

ABŞ-dən olan səyyah: Şuşa çox gözəl şəhərdir

Azərbaycan və Ermənistan nümayəndələri TRIPP layihəsi çərçivəsində elektrik xətləri ilə bağlı məsələləri müzakirə ediblər

Orta Dəhlizin inkişafı Mərkəzi Asiya ölkələrinin Avropa ilə iqtisadi əlaqələrini genişləndirir - ŞƏRH

Ekspert: Azərbaycan və Mərkəzi Asiya arasında əməkdaşlıq vahid regional platformaya çevrilir

Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb

Mərakeşdə VIII Beynəlxalq Aviasiya Sərgisi keçirilir

“Sabah”ın sabiq futbolçusu: Messidəki bacarıqları sonra heç bir oyunçuda görmədim

Dünəndən sabaha: Azərbaycan gəncliyinin tarixi missiyası

Üçüncü rübdə Energetika Nazirliyi tərəfindən 149 icazə verilib

Tramp administrasiyası iş icazələri üçün əcnəbi tələbələrdən 70 min dollar almağı planlaşdırır

Beynəlxalq səyyahlar Şuşada YENİLƏNİB VİDEO

Beynəlxalq səyyahlar Şuşada YENİLƏNİB VİDEO

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində informasiya sistemlərinin fəaliyyətində yaranmış fasilələrin səbəbi açıqlanıb

Londondakı yeganə Azərbaycan restoranından REPORTAJ

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq

Kanadalı yazıçı Enn Karson ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü YENİLƏNİB

Rusiya ordusu Kramatorskda avtobusu vurub: 33 nəfər həlak olub

Şohin Talbakzoda: İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu mühüm platformaya çevrilib

Cənubi Koreya ilk hipersəs raketini uğurla sınaqdan keçirib

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb

Mərkəzi Asiya ilə logistika əməkdaşlığının genişlənməsi Azərbaycanın Orta Dəhlizdə rolunu daha da gücləndirəcək - ŞƏRH

Dizayner Aynur Xəlilova “Filtrsiz” podkastının qonağı olub VİDEO

Dizayner Aynur Xəlilova “Filtrsiz” podkastının qonağı olub VİDEO

Bakıda itkin şəxslərin ekspertizası, molekulyar genetikası və DNT əsaslı identifikasiyası üzrə müzakirələr aparılıb

Müstəqil media adı altında dezinformasiya: təsadüf, yoxsa məqsədli qərəz?

“Bakıya uçuş. İncəsənət həftəsonu” festivalının qonağı Canq Ci ilə MÜSAHİBƏ

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığında media əməkdaşlığının rolu vurğulanıb

GDU-da şəhid məzun Fərman Əsədlinin adına auditoriya yaradılıb

Media: Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsində həyat normal axarına qayıdır

Müdafiə Nazirliyi: Türkiyə hərbi güc və vasitələrinin Səudiyyə Ərəbistanına göndərilməsi istiqamətində tədbirlər görüb

Milli Kitabxanada Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb

Böyük Britaniya Şərqi Qüdsdəki konsulluğundan diplomatlarını çıxarır

“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb

Dmitri Peskov: MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək

Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərin adları açıqlanıb

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub VİDEO

Kolumbiya nümayəndəsi: İtkin düşmüş şəxslərin axtarışı etimadın yaradılmasına xidmət edən konkret vasitəyə çevrilə bilər VİDEO

Kolumbiya nümayəndəsi: İtkin düşmüş şəxslərin axtarışı etimadın yaradılmasına xidmət edən konkret vasitəyə çevrilə bilər VİDEO

“Arsenal”ın futbolçusu 3 göstərici üzrə Ginnesin Rekordlar Kitabına düşüb

“Azərbaycanda alman izləri - ortaq tarix” - Berlində təqdimat

Çindən Azərbaycana dəmir yolu ilə daşınan blok-qatarların sayı 40 faiz artıb

“Azərkosmos” Beynəlxalq Kosmik Hüquq İnstitutu ilə memorandum imzalayıb

Dünya səyyahı: Qarabağda müasir inkişaf və qədim tarixin vəhdətini görürük VİDEO

Dünya səyyahı: Qarabağda müasir inkişaf və qədim tarixin vəhdətini görürük VİDEO

Azərbaycanın Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı səylərin əlaqələndirilməsində mühüm rol oynayır

“Asos” milyonlarla müştərinin məlumatlarının oğurlandığını açıqlayıb

Avropa Parlamentində Gürcüstanla bağlı fikir ayrılığı yaranıb

Fatih Birol: İndiyədək strateji neft ehtiyatlarından 325 milyon barel bazara çıxarılıb

Qətərin şimalında neft tankeri vurulub, xəsarət alanlar var

Diyeqo Qayol: Meksika Azərbaycanla insan identifikasiyası sahəsində əməkdaşlığı məmnunluqla qarşılayar

Azərbaycan və Mərkəzi Asiya ölkələri regional təhlükəsizliyi təmin etmək əzmindədir

Məhkəmə: Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir

Mahnur Fatalıyeva: Nə xoş ki, mən qarabağlıyam və Xocalıdayam

Sərdar Berdiməhəmmədov: Altıtərəfli format yeni əhəmiyyətli imkanlar açır

Cəmilə Bayramova: Mürəkkəb nümunələrin genetik identifikasiyası peşəkar yanaşma tələb edir

DİM-lərin icrasında Azərbaycan təcrübəsi: 10 illik fəaliyyət və qlobal çağırışlar

Malayziyalı professor: Bu gün Qarabağ azadlığın nemətindən bəhrələnir VİDEO

Malayziyalı professor: Bu gün Qarabağ azadlığın nemətindən bəhrələnir VİDEO

Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO

Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO

Azərbaycanın idarəetmə imzası: dünya üçüncülüyündən beynəlxalq təcrübə mübadiləsinə - ŞƏRH

® Dəmiryol işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit

Sabah yağış yağacaq, bəzi yerlərdə duman olacaq

İşçi hüquqları və layiqli əmək şəraiti - GDU-da görüş

Xocalı və Xocavənddə səyyar aqrar xidmətlər göstərilib

Şavkat Mirziyoyev: Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır

Tarixçi-alim: Qarabağın xristian əhalisi Alban-Qıpçaq nəsillərinin nümayəndələri olub

Azər Əmiraslanov: “Davamlı inkişaf siyasəti” dərsliyi dövlət siyasəti və elm üçün dəyərli töhfədir

Ekspert: Azərbaycan ilə Mərkəzi Asiya ölkələri ticarət, nəqliyyat və tranzit əlaqələrini möhkəmləndirir

Rüfət Əliyev: Əldə etdiyimiz təcrübəni tərəfdaşlarla bölüşməyə və mütəxəssislərin hazırlanması layihələrinə dəstək verməyə hazırıq

“Samsung” rüblük əməliyyat gəlirlərindəki rekordunu yeniləyib

Tacikistan Prezidenti: Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik

Filippinli səyyah: Qarabağ və Şərqi Zəngəzur ekspedisiyasından gözləntilərim böyükdür VİDEO

Filippinli səyyah: Qarabağ və Şərqi Zəngəzur ekspedisiyasından gözləntilərim böyükdür VİDEO

Husilərin Səudiyyə Ərəbistanında fəaliyyət göstərən hava limanlarına hücumları nəticəsində 3 nəfər ölüb

DTX-nin baş idarə rəisi: Genetik Araşdırmalar Mərkəzinin laboratoriyasının ISO 20387 standartı üzrə akkreditasiyasına hazırlıq mərhələləri uğurla tamamlanıb VİDEO

DTX-nin baş idarə rəisi: Genetik Araşdırmalar Mərkəzinin laboratoriyasının ISO 20387 standartı üzrə akkreditasiyasına hazırlıq mərhələləri uğurla tamamlanıb VİDEO

Professor: Nobel kəşfləri təhlükəsiz dərmanların hazırlanmasına yeni imkanlar yaradır

Qırğızıstan Prezidenti: Azərbaycanın sədrliyi birgə işimizə yeni təkan verəcək

120, 120E və 121E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Qərbi Azərbaycanda tarixi abidələrimiz -Şadıvəng

® “AccessBank” qadın sahibkarlar üçün “Access2Success” layihəsinə 5-ci dəfə start verir

Azərbaycanın itkin düşmüş şəxslər və mina problemi ATƏT PA-da diqqət mərkəzində olub

Monteneqrolu nümayəndə: İtkin şəxslərin axtarışı etimad quruculuğu tədbirlərindən birinə çevrilə bilər VİDEO

Monteneqrolu nümayəndə: İtkin şəxslərin axtarışı etimad quruculuğu tədbirlərindən birinə çevrilə bilər VİDEO

Qazaxıstan Prezidenti: Orta Dəhlizin TRIPP nəqliyyat təşəbbüsü ilə inteqrasiyası mövcud potensialı genişləndirəcək