Prezident seçkiləri üçün İranda 72 min seçki məntəqəsi hazırlanıb
Tehran, 7 iyun, AZƏRTAC
İranda 59 milyon 310 min 307 nəfər səsvermə hüququna malik insan var. Onlar ölkə üzrə 72 min səsvermə məntəqəsində seçkilərdə iştirak edə bilərlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Daxili İşlər Nazirliyinin seçki qərargahının nümayəndəsi İsmayıl Müsəvi deyib. O bildirib ki, 24 vilayətdə elektron səsvermə keçiriləcək. Buna görə də həmin vilayətlərdə seçki qutusuna ehtiyac olmayacaq.
Qeyd edək ki, iyunun 18-də İranda 13-cü prezident seçkiləri keçiriləcək. Mayın 28-dən başlayaraq namizədlər təbliğat kampaniyası aparırlar. Təbliğat kampaniyası iyunun 16-dək davam edəcək. İyunun 17-də sükut günü olacaq, 18-də isə seçkilər keçiriləcək.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:28]
Tramp husilərə xəbərdarlıq edib
- 13.10.2026 [20:24]
ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək
- 13.10.2026 [20:21]
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]