Prezident seçkilərini rekord sayda QHT təmsilçisi müşahidə edəcək
Bakı, 26 yanvar, AZƏRTAC
Fevralın 7-də keçiriləcək prezident seçkilərinin şəffaflığının təmin edilməsində qeyri-hökumət təşkilatları (QHT) yaxından iştirak edir, onların seçki müşahidəçisi kimi müraciətlərində yüksək fəallıq qeydə alınıb.
AZƏRTAC “Secki-2024.az” saytına istinadla xəbər verir ki, artıq ölkədə fəaliyyət göstərən QHT-ləri, vətəndaş cəmiyyəti institutlarını, ictimai birlikləri təmsil edən 6045 nəfərə prezident seçkilərini izləmək üçün müşahidəçilik vəsiqəsi təqdim olunub.
Müqayisə üçün bildirək ki, seçki günü respublikanın bütün ərazisində müşahidə aparacaq QHT-lərin sayı bu dəfə 2018-ci ildə keçirilmiş prezident seçkiləri ilə müqayisədə təxminən 4 dəfə artıb. Müşahidə prosesinə qoşulacaq QHT-lərin sayında da rekord göstərici qeydə alınıb. Belə ki, hazırkı prezident seçkilərinin birbaşa izlənilməsinə qatılan bu kateqoriyadan olan müşahidəçilər ümumilikdə 78 qeyri-hökumət təşkilatını əhatə edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:24]
Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO
- 02.10.2026 [19:15]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB
- 02.10.2026 [17:30]
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO
- 02.10.2026 [17:21]
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
- 02.10.2026 [16:41]