Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezidentin Çinə səfəri ölkəmizin beynəlxalq mövqeyinin gücləndirilməsi baxımından əhəmiyyətlidir - RƏY

Prezidentin Çinə səfəri ölkəmizin beynəlxalq mövqeyinin gücləndirilməsi baxımından əhəmiyyətlidir - RƏY

Bakı, 1 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyev bu il ərzində artıq ikinci dəfə Çin Xalq Respublikasına səfər edib. Dövlət başçısının aprelin 23-dəki rəsmi səfəri zamanı Azərbaycanla Çin arasında əməkdaşlığın genişləndirilməsinə dair bir sıra mühüm sənədlər imzalanmışdı. Bundan əlavə, 2024-cü ildə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbul olunması, eləcə də sonrakı dövrdə münasibətlərdə müşahidə edilən sürətli inkişaf iki ölkə arasında əlaqələrin yüksək səviyyəyə çatdığını göstərir. Xüsusilə, Azərbaycan və Çin arasında viza rejiminin qarşılıqlı şəkildə ləğvi və imzalanmış sənədlərin yaratdığı möhkəm hüquqi baza əməkdaşlığın geniş spektrdə inkişafı üçün yeni imkanlar açıb. Viza rejiminin aradan qaldırılması həm də turizm sektorunda öz müsbət təsirini göstərib. Məsələn, 2024-cü ildə Çindən Azərbaycana gələn turistlərin sayında 1,9 dəfə artım qeydə alınıb və bu rəqəm 45 min nəfərə çatıb. Cari ilin ilk rübündə isə çinli turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 dəfə artıb. Bu fakt viza rejiminin ləğvinin turizm sahəsinə güclü impuls verdiyini təsdiqləyir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

O qeyd edib ki, Azərbaycan-Çin münasibətlərindən danışarkən, ilk növbədə, iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin dinamik inkişafını xüsusi vurğulamaq lazımdır. Belə ki, 2024-cü ildə Azərbaycanla Çin arasındakı ticarət dövriyyəsi 20,7 faiz artaraq 3,75 milyard dollara çatıb. Bununla da Çin Azərbaycanın 4-cü ən böyük xarici ticarət tərəfdaşına çevrilib.

Hazırda Çin Azərbaycanın xarici ticarət dövriyyəsinin 7,9 faizini təşkil edir və ölkəmizin idxalında 18 faizlik paya sahib olaraq ən iri idxalçı dövlət mövqeyini tutub.

2019-cu ildə keçirilən II “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumuna qoşulan Azərbaycan Orta Dəhlizin inkişafını dəstəkləyərək, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin ölkəmizin ərazisindən keçməsinə töhfə verən ilk tərəfdaş ölkə olub.

Müasir reallıqlarda Orta Dəhlizin əhəmiyyətinin sürətlə artdığını vurğulayan deputat deyib ki, bu marşrut vasitəsilə Çindən Avropaya yüklər artıq 10 min kilometr deyil, 7 min kilometr məsafə ilə, cəmi 12 günə daşına bilir. Çinlə Avropa arasında illik 700 milyard dollarlıq ticarət dövriyyəsini nəzərə alsaq, Orta Dəhlizin strateji və perspektivli əhəmiyyətini aydın görmək mümkündür. 2024-cü ildə bu dəhliz vasitəsilə daşınan Çin yüklərinin həcmi 86 faiz artaraq 378 min tona çatıb. Həmçinin dəhliz üzərindən hərəkət edən qatarların sayı 287-ni keçib. Bu göstəricilər Azərbaycanın təqdim etdiyi tranzit imkanlarının regional və qlobal ticarətə mühüm töhfə verdiyini bir daha təsdiqləyir.

“Azərbaycan Şərq-Qərb dəhlizinin yükdaşıma potensialını gücləndirmək istiqamətində ardıcıl addımlar atır. 2024-cü ildə Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinə əlavə 100 milyon dollar investisiya yatırılaraq, yolun illik yükötürmə gücü 1 milyon tondan 5 milyon tona çatdırılıb. Paralel olaraq, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma gücünün 15 milyon tondan 25 milyon tona qaldırılması istiqamətində işlər davam etdirilir. Bundan başqa, Azərbaycanın reallığa çevirdiyi Zəngəzur dəhlizinin açılması birinci mərhələdə 15 milyon ton yükün daşınmasına imkan verəcək. Bu isə Orta Dəhlizin şaxələnməsinə və Asiya ilə Avropa arasında yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artmasına şərait yaradacaq.

Azərbaycanla Çin arasında ticarət, istehsal, kənd təsərrüfatı, nəqliyyat, telekommunikasiya, bərpaolunan enerji və digər sahələr üzrə əməkdaşlıq imkanları genişdir. Bu gün Azərbaycanda Çin kapitalı ilə 375 şirkət qeydiyyatdan keçib və onlardan 300-ə yaxın şirkətin fəaliyyəti aktivdir. Çin şirkətləri işğaldan azad olunmuş ərazilərdə “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələrinin icrasında yaxından iştirak edirlər. Münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi və formalaşmış geniş hüquqi baza əməkdaşlıq imkanlarının hərtərəfli genişləndirilməsi üçün yeni imkanlar açır”, - deyə Azər Badamov bildirib.

Prezident İlham Əliyevin Çin Xalq Respublikasının sədri Si Cinpinin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının “ŞƏT plyus” formatında keçirilən Zirvə toplantısında, həmçinin Çinin xarici hərbi müdaxilə və faşizm üzərində Qələbəsinin 80 illiyi münasibətilə keçiriləcək təntənəli tədbirlərdə və hərbi paradda iştirak etməsi üçün bu ölkədə işgüzar səfərdə olduğunu xatırladan A.Badamov fikirlərinə belə davam edib: “Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Çinin Şanxay şəhərində təsis olunmaqla 10 üzv dövləti və 14 dialoq tərəfdaşını özündə birləşdirir. Həm də bir neçə ölkə dialoq tərəfdaşı statusu almaq üçün müraciət edib. ŞƏT-ə üzv ölkələrin Avrasiya ərazisinin təxminən 60, dünya əhalisinin 40, qlobal ümumi daxili məhsulun 25 faizini təmin etdiyini nəzərə alsaq, dünyada cərəyan edən siyasi proseslər, müxtəlif dövlətlər arasında qarşıdurmalar, ikili standartlar fonunda Şanxay Əməkdaşlıq Təşkilatının nə dərəcədə vacib quruma çevrildiyini təsəvvür etmək çətin deyil. Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə səmərəli əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə olunması üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması istiqamətində addımların atılmasından ibarətdir. Azərbaycanın ŞƏT-in sammitlərində iştirakı ölkəmizə regional təhlükəsizlik, ticari-iqtisadi əməkdaşlıq üçün yeni bazarlar və imkanlar qazandırır”.

Çində “ŞƏT plyus” formatında keçirilən Zirvə toplantısının gündəliyinin çox zəngin olduğunu deyən deputat sonda əlavə edib: “Dünyada iqtisadi böhran və ticarət müharibələri, regional təhlükəsizlik, enerji, nəqliyyat və digər aktual mövzuların müzakirəsi nəzərdə tutulur. Çində keçiriləcək tədbirlərdə 26 dövlət başçısı və 10 beynəlxalq təşkilatın nümayəndəsinin iştirakı, həmin Zirvənin qlobal əhəmiyyətinin yüksək olduğunu göstərir. Dövlətimizin başçısının Çinə səfərini isə ölkəmizin beynəlxalq mövqeyinin gücləndirilməsi və dostlarımızla yeni əməkdaşlıq məsələlərinin müzakirəsi baxımından çox əhəmiyyətli hesab edirəm”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir