PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Fevralın 23-də Moskvanın Basman bazarında damın çökməsi nəticəsində xeyli sayda həmyerlilərimizin həlak olması və yaralanması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə səhiyyə naziri O.Şirəliyev və fövqəladə hallar naziri K.Heydərov dərhal Moskva şəhərinə ezam olunmuşlar. Dövlət başçısı tərəfindən Azərbaycan hökuməti üzvlərinə hadisə nəticəsində yaralananların vəziyyəti ilə tanış olub, təcili operativ tədbirlərin görülməsi, “Azərbaycan Hava Yolları” Dövlət Konserninə həlak olanların cənazələrinin vətənlərində dəfn edilməsi üçün təyyarə ilə Bakıya gətirilməsi barədə tapşırıq verilmişdir. Həlak olanların dəfni ilə bağlı bütün xərcləri Azərbaycan hökuməti öz üzərinə götürmüşdür.