PRİNSİPİAL MÜZAKİRƏLƏR, FAYDALI TƏKLİFLƏR
Əvvəlcə iştirakçılar ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət etmiş, yerli sahibkarların istehsal etdikləri kənd təsərrüfatı və emal sənayesi məhsullarından ibarət sərgi ilə tanış olmuşlar.
Rayon icra hakimiyyətninin başçısı Adil Məmmədov hesabat məruzəsi ilə çıxış edərək, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasından danışmış, ötən il 20-dən artıq sahibkarlıq qurumu yaradıldığını, 818 yeni, 890 müvəqqəti, 2846 mövsümi iş yeri açıldığını xatırlatmışdır. Bildirilmişdir ki, 2005-ci ildə 768 ailəyə içməli su və 650 ailəyə təbii qaz verilmiş, 345 abonentə telefon xətti çəkilmiş, Heydər Əliyev Fondunun vəsaiti ilə 340 yerlik üç məktəb binası tikilmiş, rekord həcmdə - 17531 ton pambıq, 48408 ton taxıl, 3062 ton ət, 14530 ton süd, 168 ton yun istehsal edilmişdir.
Müzakirələrdə çıxış edənlər nailiyyətlərlə yanaşı, işdə yol verilən nöqsanları da göstərmiş, təkliflərini söyləmiş, Şuranın birillik fəaliyyətini ümumən kafi qiymətləndirmişlər.
Milli Bankın İdarə heyətinin sədri Elman Rüstəmov iclasda çıxış etmiş, iştirakçıları maraqlandıran bir sıra məsələlərə aydınlıq gətirmişdir.
İclasda ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.