Azərbaycan Dövlət İnformasiya Agentliyi

PUTİN – ƏLİYEV ZİRVƏ GÖRÜŞÜ ÇOXSAYLI SAZİŞLƏRLƏ NƏTİCƏLƏNDİ

Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin ilə Heydər Əliyev arasında Novo-Oqaryovoda başlanmış və Kremldə davam etdirilmiş danışıqlar çoxsaylı sazişlərlə nəticələndi. 

Əslində, elə bir sahə yox idı ki, iki qonşu ölkə birgə irəliləyişi möhkəmlətməmiş olsun. Rusiya ilə Azərbaycan iqtisadi sahədə uzunmüddətli - 2010-cu ilədək iqtisadi əməkdaşlıq və ticarət-iqtisadi münasibətlərin prinsipləri haqqında, istehsal kooperasiyası, qanunsuz maliyyə əməliyyatları ilə mübarizə haqqında razılığa gəldilər. Hərbi sahədə Qəbələdəki “Dəryal” radiolokasiya stansiyasından istifadə haqqında məsələyə aydınlıq gətirdilər. Bu stansiyadan istifadə olunması iki ölkənin hərbi idarələrinin daha geniş əməkdaşlığı üçün perspektivlər açır. Dövlətlərarası münasibətlər sahəsində Moskva ilə Bakı sərhəd bölgələrinin qarşılıqlı münasibətləri və qonşu dövlət ərazisində yaşayan vətəndaşlarının hüquqi statusu haqqında razılığa gəldilər. Nəhayət, zirvə görüşünün siyasi məzmunu iki ölkə prezidentlərinin birgə bəyanatında öz əksini tapmışdır.

Elə təsəvvür yaranır ki, Prezident Heydər Əliyev hakimiyyətə gələndən sonra arasında xüsusi problemlər meydana çıxmayan Rusiya ilə Azərbaycan öz münasibətlərini sıfırdan qurmağa başlayırlar. Lakin son vaxtlar ən müxtəlif məsələlərdə qarşılıqlı əlaqələrin intensivliyi o dərəcədə güclü olmuşdur ki, məhz bu, nəticə etibarilə yeni keyfiyyət sıçrayışına gətirib çıxarmışdır. Ona görə də təəccüblü deyil ki, Vladimir Putin Rusiya-Azərbaycan əməkdaşlığını səciyyələndirərkən, onun, öz növbəsində, başqa istiqamətlərdə də birgə iş üçün perspektivlər açan yeni cəhətlərini vurğulamışdır. Prezident Putin “Rusiyanın və Azərbaycanın hərbi idarələrinin uzun illərdən bəri ilk dəfə olaraq əməkdaşlığa başladığını bəyan etmiş və vurğulamışdır ki, “deməli, biz digər istiqamətlərdə o cümlədən Xəzərlə bağlı sahədə də səmərəli işləyə bilərik”.

İqtisadi əməkdaşlığa, hər şeydən öncə, energetika layihələrində birgə iştirak uzunmüddətli xarakter verir. Bir tərəfdən, Azərbaycan neftinin Bakı - Novorossiysk boru kəməri ilə nəqli haqqında hökumətlərarası sazişin, - onun qüvvəsi bu il bitir, - müddətinin uzadılması mövcud razılaşmaları uzunmüddətli təməl üzərinə keçirməyə və daşınan neftin yeni həcmi barədə razılığa gəlməyə imkan verəcəkdir. Digər tərəfdən, Rusiya Bakı - Ceyhan ixrac neft kəmərinin inşası layihəsinin həyata keçirilməsinə qoşula bilər. Gələcəkdə bu layihə Xəzər dənizinin karbohidrogen ehtiyatlarının hasilatında əməkdaşlıq probleminin həllinə kömək edə və Rusiya ilə Azərbaycanı bütün Mərkəzi Asiya və Xəzər regionlarının enerji axınlarının ən böyük əlaqələndiricilərinə çevirə və dünya yanacaq-enerji bazarının ən mühüm oyunçuları kimi onların birgə mövqelərini gücləndirə bilər.

Rusiya və Azərbaycan prezidentləri birgə bəyanatda beynəlxalq terrorizmlə mübarizə məsələlərində ikitərəfli və çoxtərəfli əməkdaşlığı inkişaf etdirmək niyyətini təsdiqlədilər, Dağlıq Qarabağ problemini müzakirə edərək, nəzərə çarpdırdılar ki, onun sülh yolu ilə həllindən savayı “heç bir alternativi yoxdur”. Prezidentlər Xəzər probleminin tənzimlənməsində “nəzərəçarpacaq irəliləyiş” olduğunu bildirdilər və yaxın vaxtlarda Rusiya ilə Qazaxıstan arasındakı kimi bir saziş hazırlamaq barədə razılığa gəldilər.

Hərbi-texniki əməkdaşlıq məsələsi də Rusiya-Azərbaycan zirvə görüşündə əldə edilmiş mühüm nəticədir. Rusiya və Azərbaycan danışıqların yekunlarına əsasən Qəbələ radiolokasiya stansiyasının 10 il müddətinə icarəsi haqqında saziş imzaladılar. Həmin sənəd digər sahələrdə, o cümlədən hava hücumundan müdafiə sahəsində hərbi-texniki əməkdaşlıq üçün perspektivlər açır. Bunu belə bir fakt təsdiq edir ki, müqaviləyə uyğun olaraq, RLS-in havadan mühafizəsini məhz Azərbaycanın hava hücumundan müdafiə qüvvələri həyata keçirəcəklər, Rusiya isə, öz növbəsində, bu qüvvələrin modernləşdirilməsi ilə məşğul olacaqdır.

Maraqlıdır ki, hələ bir il əvvəl, Vladimir Putinin Azərbaycana səfəri zamanı tərəflər RLS barədə razılığa gələ bilməmişdilər. Rusiya stansiyanın icarə müddətinin azı 20 il olmasında təkid edirdi, Azərbaycan isə beşillik icarə şərti irəli sürürdü. Bundan əlavə, Rusiya Bakının stansiyanın yeganə sahibi olmaq arzusu ilə razılaşmırdı. Aradan bir il ötəndən sonra isə tərəqqi göz qabağındadır. Özü də bu tərəqqi tərəflərdən hər hansı birinin güzəştləri hesabına deyil, bir-birinin maraqlarını səmərəli şəkildə nəzərə almaqla əldə edilmişdir. Ona görə də təsadüfi deyil ki, Azərbaycan Prezidenti həmin sazişdən danışarkən diplomatcasına vurğulamışdır ki, Rusiya bu stansiyadan on il ərzində heç bir razılaşma olmadan istifadə etmişdir, “amma hər halda razılaşmanın olması daha yaxşıdır”.

Rusiya daşınar əmlaka sahiblik hüququnu özündə saxlamaqla, stansiyanın icarəsinə görə hər il Azərbaycana olduqca münasib və məqbul məbləğdə haqq - 7 milyon dollar ödəyəcəkdir. Bundan əlavə, Moskva 1997-ci ilin ortalarından bəri RLS-dən istifadəyə görə Bakıya yaxın beş il ərzində 31 milyon dollar haqq ödəməyi öhdəsinə götürür. Bu baxımdan SSRİ dağılandan sonra Rusiyanın qarşılaşdığı oxşar problemlərin necə həll edildiyini - və ya hələ necə həll olunacağını - xatırlamaq yerinə düşərdi. Məsələn, vaxtilə Latviyanın Skrunda şəhərində yerləşən və Rusiya üçün strateji cəhətdən mühüm olan RLS, sadəcə, dağıdılmışdır, özü də, hər şeydən göründüyü kimi, bunun əvəzini Riqaya heç də Moskva ödəməmişdir. Öz ərazisindəki bütün Rusiya hərbi obyektlərinin çıxarılmasını tələb edən Gürcüstan isə Rusiyanın borcundan, demək olar, iki dəfə artıq məbləğ tələb etməyə hazırdır. Belə bir şəraitdə Moskva ilə Bakı nəinki münasibətlərdə tərəqqi olduğunu nümayiş etdirdilər, həm də nümunə göstərdilər ki, postsovet məkanında ikitərəfli münasibətləri necə qurmaq olar və lazımdır.

Azərbaycan, əslində, nümayiş etdirdi ki, o, Rusiyanın rolunu tanıyır, onun narahatlığını başa düşür və regiondakı milli maraqlarına hörmətlə yanaşır və beləliklə, görünür, gələcəkdə regional problemlərin həllində onun daha yaxından iştirakına ümid bəsləyir. Rusiya isə suveren dövlətlərlə prinsipcə yeni münasibətləri - SSRİ dağılandan on il sonra yaranmış reallıqlara əsaslanan münasibətləri inkişaf etdirməyə hazır olduğunu nəzərə çarpdırmışdır. Maraqların qarşılıqlı surətdə nəzərə alınmasının və əməkdaşlığın bu cür nümunəsi gələcəkdə Cənubi Qafqaz regionunda vəziyyəti əhəmiyyətli dərəcədə dəyişdirə bilər.

“Strana ru”. internet qəzeti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib