Putin Kim Çen Ina Rusiya istehsalı olan avtomobil bağışlayıb
Bakı, 20 fevral, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Ina yerli istehsal olan avtomobil hədiyyə edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
Fevralın 18-də hədiyyəni qəbul edən Kim Çen Inın bacısı Kim Yo Çjon hədiyyənin “iki ölkə liderləri arasında yaranan xüsusi dostluq əlaqələrinin bariz sübutu kimi” səciyyələndirib və Vladimir Putinə minnətdarlığını bildirib.
Hədiyyə edilən avtomobilin modeli barədə məlumat verilmir. Rusiya lideri 2023-cü ilin sentyabrında Kim Çen Inla görüşü zamanı “Vostoçnı” kosmodromuna özünün “Aurus” markalı avtomobili ilə gəlmişdi. Kim Çen In o vaxt həmin avtomobilin həm xarici, həm də daxili görünüşü ilə maraqlanmışdı.
Qeyd edək ki, Kim Çen In səfərlərə adətən “Maybach” limuzini ilə çıxır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]
Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb
- 13.10.2026 [18:37]
ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib
- 13.10.2026 [18:04]
Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir
- 13.10.2026 [17:37]
Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA
- 13.10.2026 [17:14]