DÜNYA
Putin Ukrayna ilə danışıqlar üçün platformaya görə Türkiyə Prezidentinə təşəkkür edib
Moskva, 24 oktyabr, AZƏRTAC
“Biz Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana minnətdarıq ki, bir vaxtlar Ukrayna nümayəndə heyəti ilə danışıqlar üçün bizə platforma təqdim etdi”.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin BRICS sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.
“Ukrayna ilə danışıqlara gəlincə, mən bu barədə artıq dəfələrlə demişəm. Biz Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana minnətdarıq ki, o, vaxtilə bizə Ukrayna nümayəndə heyəti ilə danışıqlar üçün platforma təqdim edib”, - deyə Rusiya lideri qeyd edib.
Ukrayna ilə münaqişənin başlamasından danışan Putin bu ölkədə hərbi bazalar tikməyə hazırlaşan ABŞ və Qərbin hərəkətlərini ədalətsiz adlandırıb. “Biz axı deyirdik ki, NATO-nun genişlənməsi bizim təhlükəsizliyimizi pozur”, - deyə Putin bildirib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva