Pyer-Emerik Obameyanq Afrika Millətlər Kubokunda yeni rekorda imza atıb
Bakı, 12 yanvar, AZƏRTAC
Qabon millisinin hücumçusu Pyer-Emerik Obameyanq Afrika Millətlər Kubokunun (AFCON) tarixində yeni rekorda imza atıb.
AZƏRTAC xəbər verir ki, o, 2025-ci il dekabrın 28-də Mozambikə qarşı keçirilən oyunda (2:3) fərqlənərək, turnir tarixində uzun müddətdən sonra qol vuran futbolçu olub.
Obameyanq Afrika Millətlər Kubokundakı ilk qolunu 2012-ci il yanvarın 23-də Nigerə qarşı (2:0) keçirilən matçda vurmuşdu. Onun AFCON-dakı ilk və son qolları arasındakı fərq 13 il 339 gün təşkil edir.
Bu göstərici ilə o, əvvəlki rekordçu – zambiyalı Kaluşa Bualyanı 9 gün geridə qoyaraq zirvəyə yüksəlib.
Lakin turnir Obameyanq üçün təkcə rekordla deyil, həm də qalmaqallı şəkildə Qabon millisindən uzaqlaşdırılması ilə yadda qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [23:08]
Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb
- 27.09.2026 [21:18]
Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]