QAÇQINLARA VƏ MƏCBURİ KÖÇKÜNLƏRƏ YARDIM EDİLMİŞDİR
Qəbələ Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə müqəddəs Qurban bayramı münasibəti ilə kəsilən qurbanlar kasıblara, imkansızlara paylanılmışdır.
İcra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, rayonun turist bazasında müvəqqəti məskunlaşmış Kəlbəcər, Laçın və Şuşadan olan məcburi köçkünlərə, eləcə də 200-ə yaxın şəhid və imkansız ailələrə maddi yardım göstərilmiş, onlara qurban payı verilmiş, ərzaq paylanılmışdır.