Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qaçqınların qayıdış hüququ: Dünya praktikasının təhlili

Qaçqınların qayıdış hüququ: Dünya praktikasının təhlili

Bakı, 14 aprel, AZƏRTAC

Hər bir dövlətin beynəlxalq hüququn subyekti kimi beynəlxalq hüququn norma və prinsiplərinə uyğun davranması onun üzərinə düşən öhdəlikdir. O, mövcud beynəlxalq nizamı və üzərinə götürdüyü öhdəlikləri pozursa, o zaman öhdəlikləri pozmasının nəticələri tanınmamalı, qarşısı alınmalı, müxtəlif təsir metodları ilə çəkindirilməlidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

O bildirib ki, qaçqınların geri qayıdış hüququ beynəlxalq hüquqi nizamın tərkib hissəsidir. BMT-nin İnsan Hüquqları Komitəsi bu hüququ belə şərh edir: Dövlətlər vətəndaşlarını ölkəyə buraxmamaq üçün çox güclü əsaslara malik olmalıdır. Hətta ölkədən məcburi çıxarılan və ya girişinə qadağa qoyulan şəxslər belə, müəyyən hallarda qayıtmaq hüququna malik ola bilərlər.

Geri qayıdış hüququ BMT-nin bir sıra vacib konvensiyalarında öz əksini tapıb. Ümumdünya İnsan Hüquqları Bəyannaməsində qeyd olunur: “Hər kəs istənilən ölkəni, o cümlədən öz ölkəsini tərk etmək və ona qayıtmaq hüququna malikdir”. Bu, beynəlxalq hüquqda qayıtmaq hüququnun əsas ifadəsidir. Hüquqi baxımdan beynəlxalq norma və standartların formalaşmasına əsas yaradır.

“1966-cı ildə qəbul edilmiş “Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda” qeyd olunur ki, “Heç kim öz ölkəsinə daxil olmaq hüququndan əsassız olaraq məhrum edilə bilməz”. “Öz ölkəsi” ifadəsi yalnız vətəndaşlıqla məhdudlaşmır. BMT İnsan Hüquqları Komitəsi bildirir ki, bu, həmçinin daimi sakinləri, qaçqın statusunda olanları, doğulduğu ölkəyə güclü mədəni, ailəvi və hüquqi bağları olan şəxsləri də əhatə edə bilər. “Əsassız məhrumetmə” – Dövlət bu hüququ yalnız çox spesifik hallarda (məsələn, təhlükəsizlik və ya cinayət səbəbiylə) və qanuni əsaslarla məhdudlaşdıra bilər. Bu Pakt insanların doğma vətəninə qayıtmaq hüququnu beynəlxalq səviyyədə tanıyan ən güclü hüquqi alətlərdən biridir. Bu hüquq vətəndaşların sərhədlər və siyasi rejimlər dəyişsə belə, vətənlərinə geri dönə bilmələrini təmin etmək üçün nəzərdə tutulub.

1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyasının 49-cu maddəsində (deportasiya ilə bağlı) qeyd olunur: “Fərdi və ya kütləvi məcburi köçürmələr, eləcə də deportasiyalar qadağandır...” Burada birbaşa qayıtmaq hüququndan bəhs edilməsə də, bu hüquq zorakı köçürmənin qanunsuz olmasını dəstəkləyir”, - deyə deputat bildirib.

Onun sözlərinə görə, BMT Baş Assambleyasının 1948-ci il, 194 saylı Qərarı xüsusilə fələstinli qaçqınlarla bağlı olsa da, beynəlxalq qaçqınlarla bağlı müzakirələrdə tez-tez istinad olunur. Burada deyilir: “Qaçqınlar evlərinə qayıtmaq və qonşuları ilə sülh içində yaşamaq istəyirlərsə, bu, onlara ən qısa zamanda təmin edilməlidir”. Qaçqınların Statusu haqqında 1951-ci il BMT Konvensiyasında isə birbaşa "qayıtmaq hüququ"ndan bəhs edilmir, lakin qaçqınlar üçün dayanıqlı həll yolları dəstəklənir. Burada könüllü repatriasiya (qayıdış), yerli inteqrasiya və üçüncü ölkəyə köçürülmə kimi müddəalar yer alır. Münaqişədən sonra qaçqınların geri qayıdışına ən çox nümunə göstərilən Serbiya ilə Bosniya və Herseqovina arasında qaçqınların və məcburi köçkünlərin geri dönüşü məsələsidir. 1990-cı illərdəki Yuqoslaviya müharibələrindən, xüsusilə Bosniya müharibəsi (1992–1995) zamanı yüz minlərlə insan etnik təmizləmə, zorakılıq və silahlı toqquşmalar nəticəsində doğma evlərini tərk etməyə məcbur oldu. Bosniya və Herseqovina müharibəsinə son qoyan Dayton Sazişi qaçqınların və məcburi köçkünlərin geri dönməsi hüququnu açıq şəkildə tanıyırdı. Müqavilədə deyilir: "Bütün qaçqınlar və məcburi köçkünlər əvvəlki evlərinə sərbəst şəkildə qayıtmaq hüququna malikdirlər". BMT Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) qayıdışların könüllü, təhlükəsiz və davamlı olmasını təmin etmək üçün regional qaytarılma proqramları hazırladı. Serbiya və Bosniya-Herseqovina Avropa İttifaqına inteqrasiya prosesində qaçqın məsələlərinin həllini prioritet kimi təqdim ediblər. Münaqişə nəticəsində bir milyondan çox insan evlərini tərk etmişdi, Dayton razılaşmasından sonra isə son 20 ildə təxminən 450 min nəfər geri dönüb, proses hələ tam başa çatmayıb.

P.Vəliyeva deyib ki, eyni yanaşma ilə Qərbi azərbaycanlıların qayıdışı da sülh çərçivəsində və beynəlxalq mexanizmlərlə həyata keçirilə bilər. Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmaq istəyi yalnız humanitar məsələ deyil, bu, beynəlxalq hüququn normalarına əsaslanan qanuni bir haqdır. Qərbi azərbaycanlıların geri qayıdışı ədalətin bərpası, həm də bölgədə dayanıqlı sülhün və qarşılıqlı etimadın qurulması üçün mühüm addımdır. Bu insanlar öz torpaqlarından zorla çıxarılıblar və tarixi-mədəni kökləri həmin bölgələrdədir. Ermənistan rəhbərliyi Qərbi Azərbaycan İcmasının qayıdış istəyindən qorxmamalıdır. Əksinə, bu, Ermənistanın hüquqi və humanitar öhdəliklərindən biridir, Ermənistanın sülh prosesi çərçivəsində məsuliyyətli davranış nümayiş etdirməsi üçün vacibdir. Bu, siyasi və diplomatik etimadın formalaşmasına xidmət edir.

“Etnik təmizləmənin nəticələrinin aradan qaldırılması sülhün ayrılmaz hissəsidir. Qazaxın 4 kəndinin diplomatik yolla geri qaytarılması, bir güllə belə atmadan torpaq məsələlərinin həllinin mümkün olduğunu göstərdi. Bugünkü sülh danışıqları təkcə son münaqişənin nəticələrinin aradan qaldırılması ilə məhdudlaşmamalıdır. Münaqişənin ilk mərhələsində baş vermiş etnik təmizləmənin nəticələri də aradan qaldırılmalıdır.

Onu da qeyd edim ki, Avropa İttifaqı kimi qurumlar mövzulara bərabərhüquqlu və qərəzsiz yanaşmalıdır, yalnız bir tərəfin narrativlərini əsas götürmək əvəzinə, hər iki tərəfin humanitar hüquqlarını tanımalıdır, Qərbi azərbaycanlıların da insan hüquqları və geri qayıtmaq haqları qorunmalıdır. Qərbi azərbaycanlıların qayıdışı Cənubi Qafqazda uzunmüddətli sülhün təmin olunması üçün əsas şərtlərdən biridir. Bu prosesi sülh yolu ilə və beynəlxalq hüquq çərçivəsində həyata keçirmək mümkündür və bu, bütün regionun xeyrinədir”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir