Qadın həndbolçular arasında Azərbaycan çempionatına yekun vurulub
Bakı, 1 may, AZƏRTAC
Kişi həndbolçuların ardınca qadın idmançıların da ölkə çempionatına yekun vurulub.
Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildiriblər ki, sonuncu turun görüşlərində “Azərsu” “İdman Akademiyası”na 36:23 hesabı ilə qalib gəlib. Tbilisinin “Olimpiya” komandası “Gənclər Birliyi”nə 31:14 hesabı ilə qalib gəlsə də, “İdman Akademiyası”na məğlub olub - 26:32.
Cari mövsüm çempionluğu vaxtından əvvəl təmin edən “Azəryol” qızıl medala layiq görülüb. “Azərsu” gümüş, “Qarabağ” komandası isə bürünc mükafata sahib çıxıblar.
Kişi həndbolçuların mübarizəsini isə “Məhsul” komandası qələbə ilə başa vurub. “Bakı” ikinci, “Təhsil” isə üçüncü pillədə qərarlaşıb.
Fərqlənən komandalara və həndbolçulara federasiya tərəfindən diplom, medal və qiymətli hədiyyələr təqdim olunub.
Bağlanış mərasimində qalibləri təbrik edən Azərbaycan Həndbol Federasiyasının vitse-prezidenti Orxan Abbasov digər iştirakçıları ruhdan düşməməyə çağırıb. Həndbolçularımızı iyulda daha bir ciddi sınağın gözlədiyini deyən federasiya rəsmisi Avropa Gənclər Yay Olimpiya Festivalında komandalarımıza uğurlar arzulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]
Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]