Qadın şahmatçılar arasında Azərbaycan çempionatında 6-cı turun oyunları keçirilib
Bakı, 23 may, AZƏRTAC
Qadın şahmatçılar arasında Azərbaycan çempionatında 6-cı turun oyunları keçirilib. Gövhər Beydullayeva Azərbaycan çempionatında liderliyini davam etdirir.
AZƏRTAC xəbər verir ki, çempionatın lideri Gövhər Beydullayeva ilə Xanım Balacayeva arasındakı görüş bərabərliklə yekunlaşıb. Qara fiqurlarla oynayan Ləman Hacıyeva növbəti sürprizə imza atıb, bu dəfə Ülviyyə Fətəliyeva üzərində qələbə qazanıb.
Qeyd edək ki, Ləman 5-ci turda Gövhər Beydullayevanı məğlub edib. Ağ fiqurlarla oynayan Gülnar Məmmədova və Türkan Məmmədyarova müvafiq olaraq, Xəyalə Abdulla və Ayan Allahverdiyevadan üstün olublar.
Altı turdan sonra Gövhər Beydullayeva 4 xal ilə liderliyə davam edir. İki ardıcıl qələbədən sonra ikinci yerə 3,5 xal ilə Ləman Hacıyeva yüksəlib. Növbəti yerlərdə 3 xal ilə 4 şahmatçı qərarlaşıb.
Turnirin mükafat fondu 11 min 400 manat təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]