QADIN VƏ KİŞİLƏRDƏN İBARƏT OTÜSTÜ XOKKEY KOMANDALARIMIZIN RƏQİBLƏRİ MƏLUMDUR
AZƏRTAC xəbər verir ki, qadın otüstü xokkeyçilərimizdən ibarət “Atasport” komandasının Avropa klub çempionatında rəqibləri məlum olmuşdur. Qrup mərhələsində “Atasport” Hollandiyanın “Hertogenboş”, Rusiyanın “Volqa Telekom” və Litvanın “Şaulyay” klubları ilə qarşılaşacaqdır.
Ölkəmizi təmsil edən kişi otüstü xokkeyçilərdən ibarət “Atasport” komandası isə Avropa klub çempionlarının “Çelenc-3” turnirində qüvvəsini sınayacaqdır. Komandamız qitəmiqyaslı turnirdə Macarıstanın “Eritok”, Finlandiyanın “Tempu” və Sloveniyanın “Pliva Lipovçi” klublarına qarşı mübarizə aparacaqdır.
Qrup oyunları 2008-ci ilin mayında keçiriləcəkdir. Qadın otüstü xokkeyçilərimiz Almaniyanın Köln, kişilər isə Slovakiyanın Bratislava şəhərində yarışacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.05.2025 [15:11]
“Red Bull Showring” sentyabrda Budapeştdə keçiriləcək
- 12.05.2025 [15:10]
“Sumqayıt” Vaqif Cavadovla yollarını ayırıb
- 12.05.2025 [15:10]
Xabi Alonsonun “Real Madrid” ilə bağlayacağı müqavilənin müddəti məlum olub
- 12.05.2025 [14:53]
MOK-un Atletlər Komissiyasına yeni üzv seçilib
- 12.05.2025 [12:54]
Ədalətli oyun sahəsində fərqlənənlər mükafatlandırılıb
- 12.05.2025 [12:42]