Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qafqaz İslam Ordusunun zəfər yürüşü

Qafqaz İslam Ordusunun zəfər yürüşü

Bakı, 15 sentyabr, AZƏRTAC

1918-ci ilin mayında yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin şərəfli tarixindən məlumdur ki, hələ müstəqilliyini əldə etməzdən əvvəl Azərbaycan xalqı çox ciddi hərbi-siyasi problemlərlə qarşılaşmışdı. Azərbaycanın siyasi, iqtisadi, mədəni mərkəzi olan Bakı şəhəri daşnak-bolşevik qüvvələrinin nəzarəti altında idi. Bu qüvvələr Bakıda milli hərəkatın genişlənməsinə qətiyyən razı deyildilər və öz məqsədlərinə nail olmaq üçün 1918-ci ilin martında Bakıda azərbaycanlı əhaliyə qarşı amansız soyqırımı həyata keçirmişdilər. Müstəqilliyin elan edilməsi ərəfəsində Lənkəran bölgəsi isə əvvəlcə bolşevik, sonra isə denikinçi qüvvələrin nəzarəti altına keçmişdi və onlar da Azərbaycan xalqının bu bölgəyə olan haqqını tanımaq istəmirdilər. Nəhayət, Qarabağın dağlıq hissəsi erməni-daşnak qüvvələrinin nəzarəti altına düşmüşdü. Təşkilinə yenicə başlanan və milli hərbi qüvvələri özündə birləşdirən müsəlman korpusunun isə elə bir gücü yox idi ki, Azərbaycan xalqına düşmən olan bu qüvvələrə müqavimət göstərsin və milli maraqları müdafiə edə bilsin. Belə bir vəziyyətdə müstəqilliyinin ilk günlərini yaşayan Azərbaycan hökuməti hərbi yardım üçün Osmanlı dövlətinə müraciət etdi. Bu müraciətin nəticəsi kimi, Azərbaycana türk hərbi qüvvələri göndərildi. Azərbaycanın milli hərbi qüvvələri də daxil olmaqla Qafqaz İslam Ordusu yaradıldı. Osmanlı Türkiyəsinin o zaman hərbi naziri olan Ənvər paşanın kiçik qardaşı Nuru paşa bu ordunun komandanı, Azərbaycanın görkəmli hərbçisi general-leytenant Əliağa Şıxlinski isə onun müavini təyin edildi.

AZƏRTAC xəbər verir ki, bu fikirlər tarix elmləri doktoru Mehman Süleymanovun “Qafqaz İslam Ordusunun zəfər missiyası” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Azərbaycanın istiqlaliyyətinin müdafiəsi yolunda Qafqaz İslam Ordusu qüvvələri ilk ciddi sınaqla Qaraməryəm ətrafında qarşılaşmalı oldu. 1918-ci il iyunun 27-dən 30-dək burada baş verən döyüşlərdə daşnak-bolşevik qoşunlarına çox ağır zərbə vuruldu. Cəbhə xəttində əsaslı dönüş yaradıldı və Qaraməryəmdən başlanan bu dönüşdən sonra Bakıya doğru uğurlu bir yürüş başlandı. Bu uğurlu yürüşlərin nəticəsi idi ki, 1918-ci il iyul ayının sonlarında Qafqaz İslam Ordusunun qüvvələri artıq Bakı ətrafında idi.

Bakının azad edilməsi Nuru paşanın rəhbərliyi altında aparılan döyüşlərin, bütünlükdə Qafqaz İslam Ordusu hərəkatının uğurlu və şanlı zirvəsidir. Müvəffəqiyyətlə sona çatan bu əməliyyatla Bakı şəhəri daşnak-bolşevik qoşunlarının və ingilis bölmələrinin nəzarəti altından çıxarılaraq müstəqil Azərbaycan Cümhuriyyətinın paytaxtına çevrildi. Bununla da, Azərbaycanın müstəqilliyi onun başı üzərini kəsdirmiş real təhlükədən nicat tapdı.

Bakının azad edilməsi Türkiyə və Azərbaycan silah qardaşlığının birgə mübarizəsinin məntiqi nəticəsi idi. Lakin bu nəticə elə də asanlıqla hasil olmadı. Çünki Bakı uğrunda mübarizəyə, əslində, dünyanın çox böyük dövlətləri və gücləri qatılmışdılar. Bir tərəfdən, Bakı Soveti ilə təmsil olunan bolşevik Rusiyası vaxtilə çar Rusiyasının hüdudlarına daxil edilmiş Bakını və bütün Azərbaycanı özünün gələcək ərazisi kimi görürdü və bu ərazilərə iddia irəli sürməkdə özünü haqlı sayırdı. Digər tərəfdən, Birinci Dünya müharibəsinin qaliblərindən olan Böyük Britaniya Xəzər hövzəsi ərazilərinə, xüsusilə də Bakı neftinə sahib olmaq üçün açıq fəaliyyətə başlamışdı və 1918-ci il iyul ayının sonlarında Bakı Sovetinin istefa verməsindən sonra şəhərdə hakimiyyəti ələ almış Sentrokaspi diktaturasının xahişi ilə öz qoşunlarını da Bakıya göndərmişdi. İran ərazisindən dəniz yolu ilə Bakıya göndərilən həmin qüvvələrə general Denstervil rəhbərlik edirdi. Məhz bu qüvvələrin Bakıya gəlməsindən sonra şəhər ətrafındakı hərbi mövqeləri bir qədər möhkəmləndirmək və bununla Qafqaz İslam Ordusunun 1918-ci il avqust ayının 5-də Bakının azad edilməsi üçün başlanan ilk hücumunun qarşısını almaq mümkün oldu.

Bundan başqa, Almaniya da Bakı neftinə sahib olmaq niyyətində idi. Bu dövlət Gürcüstan ərazisində möhkəmlənməklə Bakı ilə bağlı təcavüzkar planların icrasına daha da yaxın olmağa cəhd göstərirdi. Bakı neftinə sahib olmaq niyyətinin həyata keçirilməsi üçün Almaniya, hətta Birinci Dünya müharibəsində müttəfiq olduğu Osmanlı Türkiyəsi ilə qarşıdurmaya getməkdən çəkinmədi.

Belə təzyiqlərə baxmayaraq, Bakı şəhərinin azad edilməsinin qarşısını almaq mümkün olmadı. Bu tarixi vəzifənin həll edilməsi ilə bağlı 1918-ci il sentyabr ayının əvvəllərində Nuru paşa və Əliağa Şıxlinski Bakı ətrafına gəldilər və son döyüşə hazırlıq işlərinə rəhbərliyi öz üzərinə götürdülər. Bakının azad olunması üçün keçirilən həlledici hücumun planı Nuru paşa tərəfindən hazırlanmışdı. Hücuma lazımi hazırlıq işləri başa çatdıqdan sonra Nuru paşa, türk ordusu Şərq qrupunun komandanı Xəlil paşa, Əlahiddə Azərbaycan Korpusunun komandanı Əliağa Şıxlinski və digər yüksək rütbəli zabitlər Bakı ətrafına gəldilər. Qafqaz İslam Ordusu komandanlığının qərargahı Güzdəkdə, 5-ci Qafqaz firqəsinin qərargahı Qobuda, 15-ci türk firqəsinin qərargahı isə Masazırda yerləşdirilmişdi. Hücum planına əsasən 5-ci firqə Qurd qapısı - Xırdalan arasında, 15-ci firqə isə Biləcəri istiqamətindən başlayaraq Zığ burnuna qədər olan ərazidə yerləşdirilmişdi. Əlahiddə Azərbaycan Korpusuna daxil olan milli hərbi hissələr və könüllü dəstələr də bu firqələrin əməliyyat tabeliyinə verilmişdi. 4-cü Azərbaycan piyada alayı, süvari və topçu bölmələri 5-ci firqənin hücum sahəsində iştirak edirdilər. Azərbaycan milli qüvvələrinin süvari alayları, Maştağa dəstəsi və digər könüllü dəstələr isə 15-ci firqə komandanlığının əməliyyat tabeliyinə verilmişdi. Biləcəridən başlayaraq Zığ burnuna qədər olan dövrələmə xətt boyunca əsasən Azərbaycanın milli qüvvələri döyüşürdülər. Sentyabrın 13-də axşam Nuru paşa tərəfindən imzalanan həlledici hücum əmrinə əsasən, türk hərbi hissələrinin 9-cu, 10-cu, 13-cü, 56-cı piyada alayları və topçu bölmələri Qurd qapısı istiqamətində qərar tutmuşdular. Əmrə əsasən, 9-cu və 56-cı alaylar gecə başlanacaq hücumla atəş açmadan “Sentrokaspi” və ingilis qüvvələrinin ilk müdafiə xəttini ələ keçirməli, sonra hücumu davam etdirərək, qarşı tərəfin ikinci müdafiə xəttini də nəzarət altına almalı, yalnız bundan sonra ələ keçirdikləri mövqelərdə möhkəmlənməklə, səhərin açılmasını gözləməli idilər. Arxada qalan alayların və topçu bölmələrinin yetişməsi ilə Bakıya doğru hücum davam etdirilməli idi. Qafqaz İslam Ordusu qüvvələri sentyabrın 14-nə keçən gecə başlanan hücumla qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdilər. “Sentrokaspi” - ingilis qüvvələrinin son dərəcə güclü müqavimətinə baxmayaraq, hissə və bölmələrin çevik və sürətli fəaliyyəti, əsgər və zabitlərin, habelə Azərbaycan könüllülərinin mərdlik və əzmkarlıqla döyüşməsi, Nuru paşanın əməliyyatı məharətlə idarə etməsi, ordunun ehtiyatda saxlanılan 106-cı və 107-ci alaylarının vaxtında və yerində döyüşə qatılması qarşı tərəfin bütün ümidlərini puça çıxardı. Sentyabrın 14-də ingilis qüvvələrinə ağır zərbə endirildi. Elə həmin günün axşamı onlar Bakını tərk etdilər. Sentyabrın 15-də döyüşlər o qədər də uzun sürmədi. Bakını nəzarətdə saxlamağa çalışan qüvvələr xarici ölkələrin konsulluqlarının nümayəndələrinin iştirakı ilə aparılan danışıqlarda şəhəri təhvil verməyə razı olduqlarını bildirdilər. Bununla da, Bakının azad olunması üçün türk-Azərbaycan qüvvələrinin apardıqları ikigünlük əməliyyat parlaq qələbə ilə başa çatdırıldı. Nuru paşa Bakının azad edilməsı barədə həm Azərbaycan hökumətinə, həm də Türkiyə hökumətinə, Baş komandan vəkili və hərbiyyə naziri Ənvər paşaya dərhal rəsmi teleqramlar göndərdi. Azərbaycan hökumətinə göndərdiyi teleqramında Nuru paşa bildirirdi ki, Bakı şəhəri ayın 15-də saat 9 ərəfəsində düşmən qüvvələrindən azad edilmişdir. O, başqa bir teleqramında isə Azərbaycan hökumətındən xahiş edirdi ki, Bakıda ictimai asayişin qorunması üçün Gəncədən polis qüvvələri göndərilsin. Bakı şəhərinin azad edilməsi Azərbaycan xalqı tərəfindən çox böyük sevinc və təntənə ilə qarşılandı.

Azərbaycan hökumətinin rəhbəri Fətəli xan Xoyski öz sevincini Nuru paşaya göndərdiyi teleqramında belə ifadə etmişdi: “Qafqaz İslam Ordusu komandanı, səadətli Nuru paşa həzrətlərinə! Komandanlığınız altında bulunan cəsur türk əsgərlərimiz tərəfindən Azərbaycanın başkəndi olan Bakının düşməndən təmizlənməsi münasibətilə millətim, zati-həmiyyeyi-pərvəranələrinizə və dünyanın ən cəsur və soylu əsgəri olan türkün oğullarına minnətdar olduğumu ərz etməklə iftixar edərim”.

Bakının azad edilməsi Qafqaz İslam Ordusunun Azərbaycandakı 4 aylıq fəaliyyətinin təntənəsi idi. Sentyabrın 16-da səhər Qafqaz İslam Ordusunun Bakının asayişində dayanan hissələrindən başqa qalan qüvvələrın rəsmi-keçidi oldu. Rəsmi-keçid Qırmızı qışla adlanan məntəqədə təşkil edildi (həmin dövrdən qalma sxemlərə görə təxmin etmək olar ki, Qırmızı qışla indi Bakı Dövlət Universiteti yerləşən yerdən Biləcərı yolunadək olan sahədə idi). Rəsmi-keçiddə Nuru paşa, Xəlil paşa, Əliağa Şıxlinski, Həbib bəy Səlimov, Azərbaycan parlamentınin və hökumətinin bir sıra üzvləri iştirak edirdilər.

1918-ci ildə Bakı şəhərinin işğaldan azad edilməsi eyni kökdən olan Azərbaycan və türk xalqlarının təbii qardaşlığın bu gün də qürurla xatırlanan və çağdaş nəsillərimiz tərəfindən layiqincə davam etdirilən qiymətli nümunəsidir. Bu münasibətlər milli-tarixi dəyərlərlə yanaşı, həm də müasir dünyanın sivil normalarına əsaslanır və iki ölkənin uğurlu inkişafına etibarlı bir zəmin yaradır. 2018-ci il sentyabr ayının 15-də Bakı şəhərinin azad edilməsinin 100 illiyi münasibətilə Azadlıq meydanında təşkil edilmiş möhtəşəm paradda çıxış edərkən Türkiyə Respublikasının Prezidenti iki ölkə arasındakı münasibətləi belə dəyərləndirirdi: “Azərbaycanın sevinci, bizim sevincimizdir, qüruru bizim qürurumuzdur, dərdi, ağrısı, problemi də bizim problemimizdir. Azərbaycan kədərlənərsə biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik. Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsi bizim üçün də eyni dərəcədə ağrılı problemdir”. Məhz belə bir münasibətin nəticəsi idi ki, 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsi dövründə Türkiyə Prezidenti, Türkiyənin xarici işlər naziri və hərbi naziri, habelə Türkiyə ictimaiyyəti qətiyyətli bəyanatlar verdilər, Türkiyənin bütün gücü ilə Azərbaycanın yanında olduğunu bildirdilər. Bunun ardınca isə Türkiyə Ordusunun və Azərbaycan Ordusunun irimiqyaslı hərbi təlimlərinin başlanması Türkiyə rəhbərliyinin bəyanatının arxasında ciddi əməli mövqe dayandığını bütün dünyaya nümayiş etdirdi. Bu qardaşlıq münasibətləri artıq tarixin sınağından çıxmış bir münasibətdir. Çanaqqala zəfərində, Bakının azad edilməsində çiyin-çiyinə məhrumiyyətlərə qatlaşaraq şəhidliyi qəbul edən əcdadların yolunu bu gün də eyni təmənnasızlıq və fədakarlıqla davam etdirə biləcək nəsillərimiz var. Unutmayaq ki, 1918-ci ildə Bakı şəhərinin yadelli qüvvələrdən təmizlənməsindən heç bir ay keçməmiş türk-Azərbaycan hərbi qüvvələri Qarabağın dağlıq hissəsini də erməni-daşnak qoşunlarından bütünlüklə azad etdilər. Tarix isə təkrarlana bilər. Əslində, bu tarixi təkrarlamaq bizim haqqımızdır və Türkiyə ilə Azərbaycanın güclənməsinə qısqanclıqla yanaşanlar da bunu unutmasınlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub

Ərdoğan: Türkiyə qarşıya qoyulan hədəflərə doğru qətiyyətli addımlarını davam etdirir

Ermənistan vətəndaşlarının apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb

"Turan Tovuz"un futbolçusu dünya çempionatında iştirak edəcək

Bu saata olan əsas xəbərlər

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş direktoru Qu Donqyudan

Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovadan

Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellendən

Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviçdən

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçdən

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbasdan

Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda şəhid ailəsini ziyarət ediblər

Azərbaycan Bayrağının rəngləri Niaqara şəlaləsində

Mixail Qusman: Bu gün AZƏRTAC Azərbaycanın mövqeyini, ölkəmizin səsini beynəlxalq ictimaiyyətə çatdırır

Riqada Müstəqillik Günü münasibətilə MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisinin açılışı və rəsmi qəbul keçirilib

® “Rabitəbank” Qurban bayramında Qarabağda yaşayan şəhid və qazi ailələrini ziyarət edib

“Dream Fest”də musiqi premyeraları və “Sea Breeze”ə beynəlxalq marağın artacağı gözlənilir

® “Azercell Könüllüləri” Qurban bayramı münasibətilə xeyriyyə təşəbbüsü həyata keçiriblər

Nazir Məcnun Məmmədov Neftçalada “Xıllı balıq" MMC-nin fəaliyyəti ilə tanış olub

Bayram günlərində təcili və təxirəsalınmaz tibbi yardım xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Türkiyənin bir sıra vilayətlərində güclü leysan yağışları daşqın və selə səbəb olub

QHT sədri: “Bakı Fəaliyyətə Çağırış” Azərbaycanın qlobal urbanizasiya rolunu təsdiqlədi

“Sabah” qapıçısı ilə yeni müqavilə imzalayıb

İsveçrə Konfederasiyasının Prezidenti Gi Parmelindən

Müdafiə naziri: Azərbaycan dövləti regionda sülhün və sabitliyin qorunmasının əsas təminatçısına çevrilib

Qeyri-neft sektorunun inkişafı və kənd təsərrüfatının prioritetləri - ŞƏRH

Almaniyanın strateji məhsullar üzrə Çindən asılılığı daha da artır

Baş nazir Əli Əsədov ilə Rusiya Federasiyası Hökumətinin sədri arasında telefon danışığı olub

Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub

İyul–avqust aylarında “MDU EcoTech - Camp 2026” layihəsi reallaşacaq

Prezidentin Mətbuat Xidmətinin məlumatı

® “Avrora Qrup” Qurban bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb

Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda yerli sənətkarın yaradıcılığı ilə tanış olublar

DSMF-nin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyəcək

FHN-in strukturlarında 28 May – Müstəqillik Günü qeyd edilib

“AccessBank” qeyri-iş günündə müştərilərinə xidmət göstərəcək

Ədliyyə naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyəcək

Bakıda işıq dirəklərinin metal hissələrini oğurlayan şəxs saxlanılıb VİDEO

Bakıda işıq dirəklərinin metal hissələrini oğurlayan şəxs saxlanılıb VİDEO

WUF13 Azərbaycanın şəhərsalma mədəniyyətini və beynəlxalq nüfuzunu dünyaya təqdim etdi ŞƏRH

Tekstil liflərinin sınaqlarına dair yeni dövlət standartları qəbul edilib

Azərbaycanda intensiv yağıntılar sürüşmə riskini artırıb

Aqrar Xidmətlər Agentliyinin sədri Balakəndə müraciətləri dinləyib, təsərrüfatlara baş çəkib

Əsrin çağırışlarını qabaqlayan Lider: Azərbaycan qlobal gündəliyi formalaşdırır VİDEO

Əsrin çağırışlarını qabaqlayan Lider: Azərbaycan qlobal gündəliyi formalaşdırır VİDEO

İğdır Universitetinin rektoruna AMEA Rəyasət Heyətinin Fəxri professoru diplomu təqdim edilib

Qarabağ Universitetində tələbə və gənclərin Beynəlxalq BMT Modeli Konfransı yekunlaşıb

İspaniyanın Kralı VI Felipedən

“QDF-in dostları” platforması çərçivəsində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının investisiya potensialı təqdim edilib

“Caspian Energy” jurnalının Maldiv Respublikasına həsr olunan xüsusi buraxılışı işıq üzü görüb

ABŞ Prezidenti: Azərbaycan və Ermənistan arasındakı dayanıqlı sülhü dəstəkləməyə davam edirik

Bayram günlərində mənşə sertifikatı verilməsi davam etdiriləcək

Beynəlxalq Barbekü Festivalı yenidən Şamaxıda!

ABŞ Dövlət katibi: TRIPP regionda sülhün təşviqi istiqamətində atılan addımdır

Qurban bayramı ilə əlaqədar heyvan satışı və kəsimi yerlərində profilaktiki tədbirlər görülüb

Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

“İpək Yolları Gənclərin Gözü ilə” beynəlxalq foto müsabiqəsinə başlanılıb

Bakıda keçirilən WUF13 qlobal şəhərsalma gündəmində mühüm hadisəyə çevrildi ŞƏRH

Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda uşaq evini ziyarət ediblər

Yeni Şəhər Gündəliyi üzrə Nazirlər Görüşünün Sədrinin yekun çıxışı

Fransa Respublikasının Prezidenti Emmanuel Makrondan

Dövlət mükafatçısı: Çəkilən zəhmət öz bəhrəsini verdi

Paytaxtın üç rayonunda su hövzələrində təhlükəsizliyin təmin edilməsi məsələləri nəzərdən keçirilib

İyunda havanın orta aylıq temperaturu bəzi ərazilərdə normadan yüksək olacaq

Abşeron rayonunun Məmmədli kəndindəki heyvan bazarı fəaliyyətə başlayıb

Xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün növbəti peşə tanınması üzrə imtahanın tarixi açıqlanıb

İndoneziya Respublikasının Prezidenti Prabovo Subiantodan

Siyasi şərhçi: WUF13 Bakıda qlobal presedent yaratdı

İndoneziya Respublikasının vitse-prezidenti Gibran Rakabuminq Rakadan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya 28 May – Müstəqillik Günü münasibətilə təbrik

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

Zəngilan rayonunun dağlıq ərazisində köməksiz vəziyyətdə cüyür balası aşkar olunub VİDEO

Zəngilan rayonunun dağlıq ərazisində köməksiz vəziyyətdə cüyür balası aşkar olunub VİDEO

“Yüksəliş” müsabiqəsi qaliblərinin peşəkar və idarəetmə bacarıqlarının inkişaf istiqamətləri nəzərdən keçirilib

Azərbaycan Respublikasında 2026-cı ilin daimi seçici siyahılarının yenidən tərtib edilməsi, təsdiq olunması və ictimailəşdirilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 15 oktyabr və 2026-cı il 27 aprel tarixli iclas protokollarının təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

İsveçin hakimiyyət orqanları enerji içkilərinin gənclərin sağlamlığı üçün təhlükəli olduğu barədə xəbərdarlıq edib

İsrail Dövlətinin Prezidenti İsxak Hersoqdan

Çinin şirkətləri Azərbaycanda tekstil istehsalına maraq göstərirlər

Kənd təsərrüfatı nazirinin müavini Daşkəsəndə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Şəffaflıqdan etimada: Audit sistemində yeni düşüncə modeli

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Azərbaycanda müasir şəhərsalma iqtisadi və rəqəmsal inkişaf baxımından strateji rol oynayır

“Sea Breeze”də çoxfunksiyalı idman infrastrukturunun inkişafı planlaşdırılır

“AzerGold”da ənənəvi qanvermə aksiyası keçirilib

On dörd il əvvəl törədilmiş qəsdən adamöldürmə cinayətinin üstü açılıb

TƏBİB hərəkət məhdudiyyətli uşaqların icbari dispanserizasiyasını həyata keçirir

Doktoranturada SABAH proqramı çərçivəsində fəlsəfə doktoru hazırlığına başlanılır

“Ulduz” jurnalının yeni nömrəsində...

Məktəblərdə “Enerji səmərəliliyi aylığı” kampaniyası başa çatıb

Siyasi şərhçi: “Bakı Fəaliyyətə Çağırış” sənədi Qarabağın bərpa modelini və urbisid problemini xüsusi vurğulayır

Bayram günlərində "802 Qaynar Xətt"i vətəndaşlara vatsap üzərindən xidmət göstərəcək

Rusiyanın Berlindəki səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb

“Sea Breeze”də 50 min tamaşaçı tutumu olan “Dream Arena”nın tikintisi planlaşdırılır

Səyyarə İbadullayeva: 28 May milli dövlətçilik tariximizin ən parlaq səhifələrindən biridir

“İxrac nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 dekabr tarixli 230 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Ümumi orta təhsil səviyyəsi üzrə aprelin 26-da keçirilmiş imtahanın nəticələri açıqlanıb: 4 nəfər 300 bal toplayıb

Rəqəmsal suverenliyin təminində hüquqi və texnoloji əsaslar

Rövzət Qasımov: Son iki ildə çap imkanları daha da genişləndirilib

Azərbaycan və BƏƏ arasında imzalanmış Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi qüvvəyə minib

Azərbaycan Respublikasında maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı

“Azərbaycan Respublikasında maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycanın basketbol milliləri Avropa çempionatına Belarusda hazırlaşacaqlar

Müstəqillik Günü xalqımızın azadlıq iradəsinin simvoludur ŞƏRH