“QAFQAZI ADDIM-ADDIM” VERİLİŞİNİNNÖVBƏTİ BURAXILIŞI GÖSTƏRİLƏCƏK
TRT-nin Bakı təmsilçiliyindən AZƏRTAC-a bildirmişlər ki, budəfəki verilişdə 1918-ci ildə ermənilərin Azərbaycan türklərinə qarşı törətdikləri soyqırımlardan və bu ağır günlərdə qardaşlarının köməyinə gəlmiş Qafqaz İslam Ordusundan söhbət açılacaq, həmçinin bu ordunun tərkibində Azərbaycana gəlmiş və sonra da buranı özünə Vətən seçərək yurd-yuva salmış bəzi türk əsgərlərinin taleyindən danışılacaqdır. Proqramda, həmçinin sovet hakimiyyəti illərində türklərin başına gətirilən müsibətlərdən, sadəcə türk olduqları üçün onlara verilən əzab-əziyyətlərdən, dəfələrlə Sibir meşələrinə sürgün olunmalarından, uzun illər Vətən həsrəti çəkmələrindən ürək ağrısı ilə söhbət açılacaq.
Proqramın ən maraqlı yeri isə həmin türk əsgərlərindən birinin - Emin Öksüzün övladları ilə müsahibə, 80 ildən sonra onun Azərbaycandakı və Türkiyədəki qohum-əqrəbalarının qovuşması ilə bağlı süjet olacaqdır.
Veriliş dekabrın 16-da Bakı vaxtilə saat 10.00-da və 1.30-da TRT-İNT, həmin gün saat 23.50-də isə TRT-TÜRK kanallarında göstəriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [20:03]
Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb
- 07.10.2026 [17:18]
Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi
- 07.10.2026 [17:07]