Qahirədə Ərəb Kəşfiyyat Forumu keçirilib
Qahirə, 25 fevral, AZƏRTAC
Misirin paytaxtında Yaxın Şərq və Şimali Afrika ölkələri kəşfiyyat orqanları rəhbərlərinin iştirakı ilə Ərəb Kəşfiyyat Forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, forumun yekunları barədə jurnalistlərə məlumat verən Misir Prezidentinin mətbuat katibi Bəssam Radi əsas mövzunun terrorizmə qarşı mübarizənin gücləndirilməsi olduğunu bildirib. Onun sözlərinə görə, tədbirdə çıxış edən Misirin dövlət başçısı Əbdülfəttah əs-Sisi dövlət və hökumət başçılarının regionda gərginliyin artması fonunda təhlükəsizlik və kəşfiyyat orqanlarının fəaliyyətinə daha böyük dəstək verməsinin vacibliyini qeyd edib.
Forumda terrorizm, ekstremizm ideologiyası və mütəşəkkil cinayətkarlığa qarşı daha effektiv mübarizə yolları müzakirə edilib. Qeyd edilib ki, ərəb ölkələrinin təhlükəsizlik xidmətləri bu məsələdə dünyanın bütün qabaqcıl kəşfiyyat orqanları ilə daha sıx əməkdaşlıq etməlidirlər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]