Qahirədə tufan və sel nəticəsində 6 yaşlı uşaq ölüb, üç nəfər yaralanıb
Qahirə, 12 mart, AZƏRTAC
Misirin paytaxtında səhər saatlarında başlayan tufan nəticəsində üzərinə ağac düşən 6 yaşlı uşaq həyatını itirib. Yuxarı Misirin Gena vilayətində isə sel və daşqınlarda ana və iki uşağı ağır yaralanıb. Onları Farşut Mərkəzi Xəstəxanasına çatdırıblar.
AZƏRTAC xəbər verir ki, havaların əlverişsiz keçməsi ilə əlaqədar Misir Nazirlər Kabineti ölkədə qeyri-iş günü elan edib. Orta məktəblərdə və universitetlərdə dərslər dayandırılıb. Qahirə və digər şəhərlərin bələdiyyələri təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün səfərbər olunublar. Güclü külək paytaxtda 16 elektrik dirəyini və məscidin minarəsini aşırıb. Su və elektrik enerjisi təchizatında da problemlər yaranıb.
Əlverişsiz hava şəraitinin şənbə gününədək davam edəcəyi bildirilir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:09]
İsveçdə işsizlik səviyyəsi azalıb
- 15.10.2026 [14:03]
Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib
- 15.10.2026 [13:56]
Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək
- 15.10.2026 [13:50]
Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]