Qala-Şüvəlan-Pirallahı avtomobil yolu yenidən qurulur
Bakı, 10 avqust (AZƏRTAC). Yenidən qurulması nəzərdə tutulan Qala-Şüvəlan-Pirallahı yolunun ümumi uzunluğu 22,7 kilometr, eni isə ayırıcı zolaqla birlikdə 28 metr təşkil edəcəkdir.
Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yolun ilk 6,9 kilometri altızolaqlı (3 gediş, 3 gəliş), 16 kilometri isə dördzolaqlı (2 gediş, 2 gəliş) olacaqdır. Layihə üzrə müxtəlif sahələrdə yol qovşaqlarının tikintisi planlaşdırılır.
İnşasına 2012-ci ilin iyul ayından başlanılan yolda hazırda torpaq-qazma işləri həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.08.2026 [20:31]
Paytaxtın 30 yol sahəsində təmir işləri yekunlaşdırılıb
- 18.08.2026 [17:57]
® MİDA güzəştli ipoteka krediti – “Expressbank”da
- 18.08.2026 [17:01]
ABŞ-İran razılaşması ilə bağlı qeyri-müəyyənlik nefti bahalaşdırır
- 18.08.2026 [16:06]
Mərkəzi Bank Maliyyələşdirilmiş Qaimələrin Reyestri Sistemini yaradır
- 18.08.2026 [13:30]