“Qalatasaray” konqolu müdafiəçini icarə əsasında heyətinə cəlb edib
Bakı, 1 fevral, AZƏRTAC
İstanbulun “Qalatasaray” futbol klubu Belçikanın “Standart” komandasının konqolu müdafiəçisi Kristian Luyindamanı mövsümün sonunadək icarəyə götürüb.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, “Qalatasaray” 25 yaşlı müdafiəçiyə görə Belçika təmsilçisinə icarə haqqı olaraq 3 milyon avro ödəyib. K.Luyindama klubda 27 nömrəli formada çıxış edəcək.
Müqaviləyə əsasən, İstanbul təmsilçisi yay transferi pəncərəsində konqolu müdafiəçini birdəfəlik transfer etmək hüququna sahibdir.
Müdafiəçi 2017-ci ildən “Standart” klubunda çıxış edir. O, bu klubun heyətində 53 oyunda 7 qol vurub. Futbolçu cari mövsümdə isə 30 oyunda 3 dəfə fərqlənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]
Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar
- 10.06.2026 [13:07]
Azərbaycanlı voleybolçular Serbiyada təlim-məşq toplanışı keçəcəklər
- 10.06.2026 [12:50]
“Şəfa” klubu növbəti transferini reallaşdırıb
- 10.06.2026 [12:43]