“Qalatasaray” səfərdə qazandığı qələbə ilə ikinci pilləyə yüksəlib
Bakı, 29 noyabr, AZƏRTAC
Türkiyə Superliqasında 10-cu turun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, ikinci oyun günündə “Qalatasaray” səfərdə “Rizəspor”un qonağı olub. Qonaqlar meydan sahiblərinin qapısından 4 cavabsız qol keçirib. İstanbul təmsiliçisinin heyətində Mbaye Caqne (45, 52, 79) və Talyan Antalyali fərqlənib.
Beləliklə, “Qalatasaray” səfərdə qazandığı qələbə sayəsində ikinci pilləyə yüksəlib.
Günün digər “Başakşəhər”-“Dənizlispor” matçı 3:3, “Qaziantep”-“Yeni Malatyaspor” görüşü isə 2:2 hesablı heç-heçə ilə bitib.
Turnir cədvəlinə 20 xalla “Alanyaspor” başçılıq edir. “Qalatasaray” 20 xalla ikinci, eyni xala malik olan “Fənərbağça” üçüncüdür.
Turun növbəti oyunları noyabrın 29-da və 30-da keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:41]
“Turan” voleybol komandası “Fənərbağça” ilə qarşılaşacaq
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]