“QANLI YANVAR” ADLI SƏRGİ AÇILMIŞDIR
Muzeydən AZƏRTAC-a bildirmişlər ki, sərgidə 40-dan çox Azərbaycan rəssamının rəngkarlıq, qrafika və heykəltəraşlıq janrlarında 50-yə yaxın əsəri nümayiş etdirilir.
Muzeyin direktoru İsrafil İsrafilov, mədəniyyət naziri Polad Bülbüloğlu və Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov mərasimdə çıxış edərək rəssamlarımızın şəhidlərin xatirəsinə həsr etdikləri təsviri sənət nümunələrindən danışmış, həmin tabloların tamaşaçıda doğurduğu təsir gücünü vurğulamışlar.
Qeyd olunmuşdur ki, 1990-cı ilin faciəli 20 Yanvar gecəsində Azərbaycanın dövlət müstəqilliyi uğrunda canlarını qurban verən insanların igidliklərini xalqımız həmişə ehtiram hissi ilə xatırlayacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:10]
Şair-publisist Dəyanət Osmanlının yeni nəşrləri oxuculara təqdim edilib
- 29.09.2026 [11:24]
Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb
- 29.09.2026 [11:20]
“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir
- 29.09.2026 [03:50]
Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]