Qanunsuz ovla məşğul olan şəxslərdən 16 ov tüfəngi götürülmüşdür
Bakı, 15 dekabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən qanunsuz ov hallarına qarşı mübarizə tədbirləri davam etdirilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu ilin noyabr ayı ərzində keçirilən reyd zamanı Sumqayıt inzibati, İmişli və Neftçala rayonları ərazisində qanunsuz ov edən şəxslər saxlanılmış, onlardan 6 ov tüfəngi və 26 çöl quşu götürülmüşdür. Həmin şəxslərin hər biri inzibati qaydada 1000 manat məbləğində cərimə olunmuş, çöl quşları yandırılmışdır.
Reyd zamanı, həmçinin Lənkəran, Quba, Zaqatala rayonları ərazisində qanun pozucularından 10 ov tüfəngi, 1 baş dağ keçisi və 1 baş cüyür götürülmüşdür.
Hazırda qanun pozucularının şəxsiyyətlərinin müəyyənləşdirilməsi üzrə zəruri tədbirlər görülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]