Qara Dəniz Neft Emalı Zavodu xam neft tədarükünü şaxələndirir
Tbilisi, 1 avqust, AZƏRTAC
Qara Dəniz Neft Emalı Zavodu iyul ayında Qazaxıstan mənşəli xam nefti qəbul edərək emala yönəldib.
Zavod Avropa Komissiyası və müvafiq qurumlarla əməkdaşlıq çərçivəsində xammalın şaxələndirilməsi planını həyata keçirməyə davam edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Kulevi Neft Terminalının xam neft tədarükünün şaxələndirilməsi ilə bağlı bəyanatında qeyd olunur.
"Qara Dəniz Neft Emalı Zavodu xam neft tədarükünün şaxələndirilməsinin fəal şəkildə davam etdiyini təsdiqləyir. Müəssisə avqust-sentyabr aylarında tamamilə Rusiyadan kənar xam neft emal etməyə başlayacaq. Qazaxıstan xam neftinin qəbulu və emalı avqust ayında da davam etdiriləcək", - deyə açıqlamada bildirilir.
Bundan başqa, Zavod bu ay Liviya mənşəli xam neft qəbul edəcək. Liviya ilə müqavilə 2027-ci ilin sonuna qədər qüvvədədir və müddətin uzadılması imkanını da nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]