“Qarabağ” Antalyada təlim-məşq toplanışında sonuncu yoxlama oyunu keçirib
Bakı, 26 yanvar, AZƏRTAC
Yanvarın 26-da Ağdamın “Qarabağ” klubu Antalyada təlim-məşq toplanışında sonuncu yoxlama oyunu keçirib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçisi Ukraynanın “Şaxtyor Donetsk” komandası ilə üz-üzə gəlib.
Belek qəsəbəsindəki “Gloria Sports Arena”da təşkil olunmuş qarşılaşma “Şaxtyor”un 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
İlk yarıda Donetsk təmsilçisi 1 dəqiqə ərzində 2 qol vurub. Junior Moraes 26-cı, Marlos 27-ci dəqiqədə fərqləniblər. Fasilədən sonra isə tərəflər hərəyə 1 qol vurublar. Qarşılaşmanın 64-cü dəqiqədəsində Abdullah Zubir fərqi azaltsa da, matçın 76-cı dəqiqəsində Mixail Mudrik ukraynalıların 3-cü qoluna imza atıb. Oyunun 80-ci dəqiqəsində “Qarabağ” yenidən fərqi minimuma endirmək imkanı qazanıb. Lakin Riçard Almeyda penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.
Qeyd edək ki, daha əvvəl Macarıstanın “Uypeşt” klubuna 0:1 hesabı ilə uduzan “Qarabağ” Çexiya “Bohemians”ını məğlub edib - 3:1. Polşa “Pyast”ı ilə matç heç-heçə başa çatıb - 1:1. Komandanın Rumıniya “Botoşani”si ilə görüşü isə əlverişsiz hava şəraiti ilə əlaqədar təxirə salınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [15:55]
Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO
- 09.10.2026 [15:09]
Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar
- 09.10.2026 [14:47]
İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]