“Qarabağ” klubu “Legiya”nın kapitanını transfer edib
Bakı, 6 iyul, AZƏRTAC
Yeni mövsüm üçün heyətini gücləndirməyə davam edən Ağdamın “Qarabağ” futbol klubu növbəti transferini reallaşdırıb.
AZƏRTAC xəbər verir ki, Ağdam təmsilçisi Polşa millisinin sabiq üzvü və “Legiya”nın kapitanı Yakup Jezniçakla ikiillik müqavilə imzalayıb.
Mərkəz müdafiəçisi peşəkar karyerasına 2003-cü ildə Polşanın “Vidzev Lodz” klubunda başlayıb və cəmi bir il sonra “Legiya”ya transfer olub. Otuz yaşlı futbolçu son 13 ili “Legiya”da keçirib. Y.Jezniçak “Legiya”da 5 dəfə Polşa Yüksək Liqasının, 6 dəfə ölkə kuboku və 1 dəfə də Polşa Super Kubokunun qalibi olub.
Klub karyerasında 282 dəfə forma geyinən müdafiəçi 13 qolla yadda qalıb.
Polşalı futbolçu 9 dəfə də ölkəsinin əsas komandasına dəvət alıb. Mərkəz müdafiəçisi “Qarabağ”da “52” nömrəli forma ilə mübarizə aparacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]