“Qarabağ” klubu “Qəbələ” ilə heç-heçə edib
Bakı, 20 dekabr, Nicat Məmmədov, AZƏRTAC
Dekabrın 20-də futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura start verilib.
AZƏRTAC xəbər verir ki, günün ilk matçında “Qəbələ” “Qarabağ”ı qəbul edib.
Qəbələ şəhər stadionundakı qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Qonaqların heyətində Uroş Matiç 16-cı dəqiqədə penaltidən yararlana bilməyib. 30 yaşlı serbiyalı yarımmüdafiəçinin zərbəsini qapıçı Anar Nəzirov dəf edib. İlk hissə qolsuz bərabərliklə yekunlaşıb. İkinci yarının əvvəllərində “Qarabağ” istəyinə çatıb. Filip Ozobiç 51-ci dəqiqədə fərqlənib. “Qəbələ” 70-ci dəqiqədə azlıqda qalıb. Rövlan Muradov ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 83-cü dəqiqədə isə meydan sahibləri bərabərlik qolunu vurub. Braziliyalı hücumçu Rafael Utriq “Qarabağ”ı mərkəzə dəvət edib.
Bu nəticədən sonra xallarının sayını 20-yə çatdıran və ən yaxın izləyicilərindən bir oyun az keçirən Ağdam klubu liderdir. “Qəbələ” isə 12 xalla hələ ki, 6-cı sıradadır.
Qeyd edək ki, hazırda “Zirə” - “Sumqayıt” və “Keşlə” - “Səbail” matçları davam edir. Tura “Sabah” - “Neftçi” oyunu ilə yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [22:42]
“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!
- 02.10.2026 [22:05]
Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib
- 02.10.2026 [21:38]
Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb
- 02.10.2026 [19:30]
Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir
- 02.10.2026 [18:38]
"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib
- 02.10.2026 [18:32]
“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib
- 02.10.2026 [16:47]