Qarabağ müharibəsi BMT qətnamələrinin yerinə yetirilməsi ilə nəticələndi
Bakı, 6 noyabr, Xəyalə Cəfərova, AZƏRTAC
Bakı Qlobal Forumunda yüksək səviyyəli və maraqlı müzakirələr aparılır və nəticələr çıxarılır. Biz yeni strategiyalar, gələcəkdə atacağımız addımlar haqqında danışdıq. Təkcə indiyədək baş verənlər haqqında deyil, həm də keçmişin nəticələri və gələcək barədə söhbət etdik. Ən vacib məqam isə odur ki, biz təcrübəmizi bölüşürük.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Latviyanın sabiq prezidenti Valdis Zatlers jurnalistlərin suallarını cavablandırarkən söyləyib. O, müharibənin problemləri həll etmək üçün yaxşı vasitə olmadığını bildirsə də, Qarabağ məsələsində bu vasitənin doğru olduğunu diqqətə çatdırıb. “Qarabağ müharibəsi düzgün vaxtda baş verdi. Qarabağ müharibəsi BMT qətnamələrinin yerinə yetirilməsi ilə nəticələndi”, - deyə əlavə edib.