“Qarabağ” ötən mövsüm ən çox penalti vuran komanda olub
Bakı, 4 avqust, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümündə ən çox penalti yerinə yetirən komanda müəyyənləşib.
AZƏRTAC Peşəkar Futbol Liqasının açıqladığı statistikaya istinadla xəbər verir ki, “Qarabağ” bu göstəricidə bütün klubları qabaqlayıb - 7 dəfə. Təyin olunan 11 metrlik cərimə zərbələrinin hamısı qolla nəticələnib.
Ağdam təmsilçisi 4 dəfə isə penalti ilə cəzalandırılıb ki, bunların 2-si dəqiq, 2-si isə qeyri dəqiq olub.
Ötən mövsüm ən çox 11 metrlik cərimə zərbəsi yerinə yetirən digər komandalar “Zirə” və “Turan Tovuz”dur. “Qartallar” 6 zərbədən 5-də qol sevinci yaşayıbsa, Tovuz təmsilçisi cəmi 3 dəfə hədəfə düşə bilib.
Növbəti pillələrdə, müvafiq olaraq, “Sabah”, “Kəpəz” (hər ikisi 5), “Araz-Naxçıvan”, “Neftçi” (hər ikisi 4), “Sumqayıt” (3), “Səbail” (2) və “Şamaxı” (1) yer alıb.
Ötən mövsüm qapısına ən çox penalti təyin olunan komanda isə “Şamaxı” (7) olub.
Qeyd edək ki, komandalar 2024/2025 mövsümündə ümumilikdə 43 penalti vurub ki, bunun da 34-ü qolla nəticələnib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [21:49]
Azərbaycan parataekvondoçusundan Almaniyada növbəti qızıl medal
- 07.06.2026 [21:29]
Azərbaycanın qadın cüdoçuları Avropa Açıq Turnirini 3 medalla bitirib
- 07.06.2026 [21:23]
SOCAR-ın minifutbol komandası Dünya Korporativ Oyunlarının qalibi olub
- 07.06.2026 [21:16]
FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəticə göstəriblər
- 07.06.2026 [20:58]
Çövkən üzrə Dünya Çempionatı: Polşa və Uruqvay ilk qələbələrini qazandılar
- 07.06.2026 [19:30]
Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub
- 07.06.2026 [19:28]
Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]