“Qarabağ” rəsmiləri Türkiyə idman nazirinin müavini ilə görüşüblər
Bakı, 21 iyun, AZƏRTAC
“Qarabağ”ın baş direktoru, İdarə Heyətinin üzvü Əmrah Çəlikəl, həmçinin İdarə Heyətinin digər üzvü Asif Əsgərov və baş məşqçi Qurban Qurbanov Türkiyə gənclər və idman nazirinin müavini Enes Eminoğlu və Türkiyə Gənclər Fondunun (TÜGVA) sədri İbrahim Beşinci ilə görüşüblər.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, tədbir qonaqların Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) ofisini ziyarəti çərçivəsində baş tutub.
Görüşdə müxtəlif mövzular müzakirə edilib, qarşılıqlı əməkdaşlıq imkanları və digər proqramların təşkili ilə bağlı fikir mübadiləsi aparılıb. Enes Eminoğluna “Qarabağ”ın forması hədiyyə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [23:08]
Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb
- 27.09.2026 [21:18]
Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]