“Qarabağ” Riçard Almeyda ilə yollarını ayırıb
Bakı, 11 fevral, AZƏRTAC
“Qarabağ” klubu Riçard Almeyda ilə yollarını ayırıb.
Ağdam təmsilçisindən AZƏRTAC-a verilən məlumata görə, 35 yaşlı braziliyaəsilli yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.
2012-2018-ci, 2019-cu və 2021-1025-ci illərdə komandada çıxış edən Almeyda 376 oyunda 64 qol vurub. Almeyda Premyer Liqada 254 (51 qol), ölkə kubokunda 31 (5 qol), avrokuboklarda 91 (8 qol) dəfə “Qarabağ”ın formasını geyinib. O, 9 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi adını qazanıb. Yarımmüdafiəçi 2017-2023-cü illərdə çıxış etdiyi Azərbaycan millisində 31 oyunda 3 qol vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:41]
“Turan” voleybol komandası “Fənərbağça” ilə qarşılaşacaq
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]