“Qarabağ”-“Samtredia” oyununun biletləri satışa çıxarılıb
Bakı, 7 iyul, AZƏRTAC
Futbol üzrə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qarabağ” (Ağdam)-“Samtredia” (Gürcüstan) qarşılaşmasının biletləri iyulun 7-dən satışa çıxarılıb.
AZƏRTAC xəbər verir ki, azarkeşlər biletləri hər gün saat 10:00-dan 19:00-dək Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.
Biletlərin qiyməti sektorlara görə 1-5 manatdır. VİP sektoruna isə biletlər 30 manat təşkil edir.
Qeyd edək ki, “Qarabağ”-“Samtredia” matçı iyulun 11-də saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]