Qarabağ Universitetində ilk tədris ilinə hazırlıq işləri yekunlaşıb
Bakı, 12 sentyabr, AZƏRTAC
2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetində dərslər sentyabrın 23-də başlayacaq.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, ilk tədris ilinə hazırlıqla bağlı işlər yekunlaşıb, universitetin infrastrukturu tam hazırlanıb, professor-müəllim heyəti tam formalaşıb və bütün ixtisaslar üzrə dərs cədvəlləri hazırlanıb.
Bundan əlavə, Qarabağ Universitetində oriyentasiya (tanışlıq) günləri keçiriləcək. Həmin günlərdə tələbələr universitetin kampusu, əməkdaşlarla və Xankəndi şəhəri ilə tanış olacaq, bütün zəruri məlumatları əldə edəcək və onları maraqlandıran bütün suallara cavab alacaqlar.
Universitetə gəliş tarixləri barədə dəqiq məlumat tələbələrə müvafiq vatsap qrupları üzərindən təqdim ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [19:32]
Azərbaycanda vahid məktəbli geyimi VİDEO
- 13.10.2026 [19:09]
AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir
- 13.10.2026 [18:12]
BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb
- 13.10.2026 [17:35]
BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir
- 13.10.2026 [17:33]