“Qarabağ”ın legioneri: Növbəti hədəfimiz Azərbaycan Kubokunun qalibi olmaqdır
Bakı, 29 mart, AZƏRTAC
Yığma komandaların oyunları ilə bağlı yaranmış fasilədən sonra ilk matçımızı keçirdik. Maraqlı və məhsuldar görüş alındı. Fantastik nəticə ilə çempionluğu rəsmiləşdirdik.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Qarabağ"ın legioneri Marko Yankoviç Azərbaycan Premyer Liqasının XXVIII turunda "Kəpəz"ə 6:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
Monteneqrolu futbolçu bildirib ki, növbəti hədəfləri Azərbaycan Kubokunun qalibi olmaqdır: "Artıq kubok oyunlarına daha rahat hazırlaşa bilərik. Açığı, bundan sonra çempionat görüşlərinə köklənmək bir az çətin olacaq. Amma biz peşəkarıq, daima ən yaxşısını etməyə çalışırıq. Arxayınlaşa bilmərik. Növbəti oyunlarda da gücümüzü göstərməliyik. Mükafat qazanmağımız o demək deyil ki, digər matçlar bizim üçün əhəmiyyətsizdir. Biz bütün oyunlara ciddi yanaşırıq".
Qeyd edək ki, xallarını 69-a çatdıran Ağdam təmsilçisi sona 8 tur qalmış 11-ci ölkə çempionluğunu rəsmiləşdirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:27]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [20:16]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]