“Qarabağ”ın polşalı qapıçısı: Mövsümün əvvəlində qarşımıza qoyulan hədəflərə doğru addım-addım irəliləyirik
Bakı, 24 aprel, AZƏRTAC
Oyun çox çətin keçdi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Qarabağ”ın polşalı qapıçısı Mateuş Koxalski Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab matçında “Araz-Naxçıvan”a 3:0 hesabı ilə qalib gəldikləri görüş barədə danışarkən deyib.
O, Naxçıvan klubunun yaxşı komanda olduğunu bildirib: “Rəqib meydanda sonadək döyüşdü. Amma xoşbəxtəm ki, 3:0 hesablı qələbə qazandıq. Bəli, iki fərqli hissə oldu. Lakin yaxşı mübarizə apardıq. Hər matçda qalib gəlmək bizim üçün çox önəmlidir. Bu, komandaya yüksək əhvali-ruhiyyə verir”.
24 yaşlı qolkiper yaxşı mövsüm keçirdiklərini söyləyib: “Liqada çempionluğa doğru gedirik, Azərbaycan Kubokunda finala vəsiqə qazandıq. Mövsümün əvvəlində qarşımıza qoyulan hədəflərə doğru addım-addım irəliləyirik. Avrokuboklara ciddi hazırlaşıb, builkindən daha yaxşı oynamaq istəyirik”.
M.Koxalski Ağdam klubunda xoşbəxt olduğunu vurğulayıb: “Komanda ilə daha ikiillik müqaviləm var. Hazırda bütün fikrimi burada qazanmaq istədiyim uğurlara yönəltmişəm”.
Qeyd edək ki, “Qarabağ” iki görüşün nəticəsinə əsasən, Naxçıvan təmsilçisini 3:1 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:21]
FIFA beynəlxalq transfer qaydalarında dəyişiklik edib
- 11.06.2026 [11:08]
“Zirə” 5 futbolçusu ilə müqavilənin müddətini uzadıb
- 11.06.2026 [10:57]
Üç futbolçu dünya çempionatı tarixinə düşməyə hazırlaşır
- 11.06.2026 [10:48]
NBA: “Nyu-York Niks” final seriyasında üçüncü qələbəsini qazanıb
- 11.06.2026 [10:27]
"UFC Freedom 250" turniri ilk dəfə Ağ Evin ərazisində keçiriləcək
- 11.06.2026 [08:00]
Bu gün futbol üzrə dünya çempionatı start götürür
- 10.06.2026 [21:36]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
Teatr sənətinin vurğunu
- [11:14]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]