QARAQANDADA ÖLƏNLƏRİN SAYI 41 NƏFƏRƏ ÇATMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Qaraqanda vilayətindəki Lenin adına kömür şaxtasında metan qazının partlaması nəticəsində həlak olanların sayı 41 nəfərə çatmışdır. Artıq ölənlərin şaxtadan çıxarılmasına başlanmışdır. Fəhlələrin 7-si xəstəxanadadır və onların vəziyyəti ağırdır. Xatırladırıq ki, sentyabrın 20-də hadisə baş verən vaxt şaxtada 374 nəfər olmuşdur.
Sentyabrın 21-də Qazaxıstanın Baş naziri Danial Əhmədov hadisə yerinə gəlmiş, qəzanın səbəblərini araşdıran hökumət komissiyasının üzvləri, şaxtanın rəhbərliyi və fəhlələrlə söhbət etmiş, həlak olanların ailələrinə başsağlığı vermişdir.
Sentyabrın 22-si Qaraqanda vilayətində matəm günü elan olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]