QARDABANİDƏ MÜASİR DƏMİRYOL STANSİYASI TİKİLƏCƏK
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, “Gürcüstan dəmiryolu” MMC-nin məlumatına görə, Kvemo Kartli-Borçalı bölgəsinin Qardabani rayon mərkəzində dəmir yolu stansiyası yenidən qurulacaqdır. Stansiyada yük qatarlarını qəbul edib, yola salan dördxətli yeni park tikiləcək, 4 kilometr uzunluğunda park tamamilə elektrikləşdiriləcək, burada iki xüsusi transformator stansiyası quraşdırılacaqdır.
Yüklərin qəbul edilməsi və yola salınması parkı mərkəzləşdirilmiş idarəetmə sisteminə keçiriləcəkdir. Stansiyada texniki heyət üçün yeni bina tikiləcək və kompyuterlərlə təchiz ediləcəkdir. Stansiyada yenidənqurma işlərini tenderdə qalıb gəlmiş “Avropa servis mərkəzi” şirkəti görəcək və onu avqustun sonunadək başa çatdıracaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]