Qaribaşvili və Orban Qara dəniz sualtı elektrik kabeli layihəsini müzakirə ediblər
Tbilisi, 11 oktyabr, AZƏRTAC
Macarıstanın Baş naziri Viktor Orban Gürcüstana səfərə gəlib. Səfər çərçivəsində Viktor Orban bu gün Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə siyasi, iqtisadi sahələrdə əməkdaşlıq, bərpaolunan enerji, logistika, turizm və digər sahələrə investisiyaların cəlb edilməsi məsələləri diqqət mərkəzində olub.
Bildirilib ki, 2023-cü ildə Gürcüstan və Macarıstan arasında ticarət dövriyyəsi 21 faiz artaraq 46,62 milyon dollara çatıb. Hər iki ölkənin iqtisadi əməkdaşlıq üçün böyük potensialı var və mövcud imkanlardan tam istifadə olunması vacibdir.
Bundan başqa, tərəflər regional və beynəlxalq əhəmiyyətli layihələri, o cümlədən Cənubi Qafqazla Avropanı birləşdirən Qara dəniz sualtı kabel layihəsini nəzərdən keçiriblər. Qeyd olunub ki, enerji potensialının tam reallaşdırılması və enerji təhlükəsizliyi istiqamətində ümumi məqsədlərə nail olmaq üçün flaqman layihələrin reallaşdırılması həyati əhəmiyyət kəsb edir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [22:23]
“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər
- 02.10.2026 [21:45]
Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir
- 02.10.2026 [21:17]
Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb
- 02.10.2026 [18:08]
Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]