Qarşıdakı 100 gün ərzində Avstriyada hamı üçün peyvənd təklif olunacaq
Vyana, 4 aprel, AZƏRTAC
Qarşıdakı 100 gün ərzində Avstriyada koronavirusa qarşı peyvənd olunmaq istəyən hər bir şəxsə bu imkan yaradılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Federal Kansler Sebastian Kurts danışıb. Hazırda Avropa ölkələrinə peyvənd partiyalarının çatdırılmasında gecikmələr olmasına baxmayaraq, S.Kurts ölkə vətəndaşlarına qarşıdakı 100 gün ərzində peyvənd olunmaq istəyən hər bir şəxsə ən azından peyvəndin ilk komponentinin təklif olunacağını vəd edib.
Aprel ayından etibarən “yaşıl pasport” sistemi tətbiq etməyə hazırlaşan Avstriyada son olaraq peyvəndlərin çatdırılmasında yaşanan ləngimələr narahatlıq doğurub. Yay tətilinə kimi ölkə əhalisinin 70 faizinin peyvənd olunması hədəflənsə də, bu hədəfin arzu olaraq qalacağı ehtimalı böyükdür. Hazırda Rusiya ilə “Sputnik V” peyvəndinin alışına dair ilkin danışıqlar aparan Avstriya hökuməti Aİ tərəfindən alınan peyvəndlərlə bağlı yaranmış boşluğu müstəqil şəkildə istehsalçılardan birbaşa almaqla doldurmağa çalışır.
Qeyd edilməlidir ki, indiyədək Avstriyada 1,72 milyon insan koronavirusa qarşı peyvənd olunub. Onlarda 1,24 milyonu (peyvənd yaşlı əhalinin 16,11 faizi) peyvəndin ilk komponenti ilə, 478 min nəfər isə (əhalinin 6,17 faizi) hər iki komponenti ilə peyvənd olunub.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş VİDEO
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]