Qax sakini ayının hücumuna məruz qalıb
Qax, 9 oktyabr, AZƏRTAC
İki gün əvvəl Qaxın Sarıbaş kəndi yaxınlığındakı dağlıq ərazidə ayı 57 yaşlı Fəxri Babayevə hücum edib.
AZƏRTAC xəbər verir ki, kənd sakini mal-qara otararkən qəflətən ayının hücumuna məruz qalıb. Belə ki, o, at belində hərəkətdə ikən ayı onu atdan salmağa cəhd edib. Kənd sakini isə ona hücum çəkən ayının əlindən xilas olmağa çalışarkən vəhşi heyvan Fəxrinin ayaqlarına xəsarət yetirib.
Vəhşi heyvanın hücumundan xilas olan Sarıbaş sakini Rayon Mərkəzi Xəstəxanasına müraciət edərək, lazımi tibbi yardım alıb.
Xəstəxanadan verilən məlumata görə, Fəxri Babayevə quduzluq əleyhinə peyvənd vurulub. Onun yarası yüngül olduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:33]
Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub
- 02.10.2026 [18:27]
“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub
- 02.10.2026 [17:58]
Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib
- 02.10.2026 [17:30]
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO
- 02.10.2026 [17:21]
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
- 02.10.2026 [16:41]