QAX TEATRI FESTİVALDAN QAYIDIB
Səfərin yekunları ilə bağlı təəssüratlarını AzərTAс-ın müxbiri ilə bölüşən teatrın direktoru Nazim Mahmudov bildirmişdir ki, 7 ölkənin kukla teatrlarının iştirakı ilə keçirilən bu festivalda yaradıсı kollektiv tamaşaçılara Tofiq Kərimin “Quyruqsuz ulağın sərgüzəştləri” tamaşasını təqdim etmişdir. Tamaşa Türkiyə teatrsevərləri tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Festival müddətində kollektiv İzmirin müxtəlif teatr salonlarında 4 tamaşa nümayiş etdirmişdir.
İzmirin “Yunuqoğlu” hotelində festivalın rəsmi bağlanışı olmuş, mərasimdə digər kollektivlərlə yanaşı, Qax teatrının truppasına da festivalın “Qran-pri”si və İzmir Böyük Şəhər Bələdiyyəsinin diplomları təqdim olunmuşdur. Mükafatları iştirakçılara festivalın təşkilatçılarından olan UNİMA-nın Türkiyə üzrə rəhbəri Mövlüt Özhan təqdim etmişdir. Bundan əlavə, qardaş ölkənin Bornovo bələdiyyəsi Qax teatrını dekabrda qastrol səfərinə dəvət etmişdir.