QAXDA YENİYETMƏLƏR ARASINDA FUTBOL YARIŞLARINA YEKUN VURULMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Qax şəhərində Yeniyetmələrin VI Respublika Oyunları proqramına daxil olan futbol yarışlarının final mərhələsinə yekun vurulmuşdur. Şəhər stadionunda keçirilən yarışlarda respublikamızın şəhər və rayonlarını təmsil edən 1994-95-ci il təvəllüdlü yeniyetmələrdən təşkil edilmiş 12 komanda mübarizə aparmışdır.
Birinciliyin final oyununda Bakı və Mingəçevir komandaları qarşılaşmışlar. Oyunun əsas və əlavə olunmuş vaxtı heç-heçə başa çatmışdır. Qalibi müəyyənləşdirmək üçün təyin edilmiş on bir metrlik zərbələrini daha dəqiq yerinə yetirən Mingəçevir komandası respublika oyunlarının qalibi adını qazanmışdır. 3-cü yer uğrunda keçirilən oyunda isə Salyan rayonunun komandası qusarlıları 4:2 hesabı ilə məğlub etmişdir.
Respublika oyunlarının qalibləri Gənclər və İdman Nazirliyinin və AFFA-nın diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:58]
Premyer Liqanın yeni iştirakçısı 3 futbolçu ilə yollarını ayırıb
- 09.06.2026 [15:54]
Dünya çempionatında İran azarkeşləri üçün ayrılan bilet kvotası ləğv edilib
- 09.06.2026 [15:22]
Azərbaycanı Millətlər Kubokunda təmsil edəcək boksçular bəlli olub
- 09.06.2026 [14:07]