QAXIN UŞAQ FUTBOL KOMANDASI RESPUBLİKA BİRİNCİLİYİNİN QALİBİDİR
AZƏRTAC xəbər verir ki, iyunun 15-dən 18-dək Qax şəhər stadionunda 1996-97-ci il təvəllüdlü uşaqlardan təşkil edilmiş komandalar arasında mini futbol üzrə respublika birinciliyinin final mərhələsinin oyunları olmuşdur. Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən birincilikdə zona yarışlarının qalibləri - Qax, Oğuz, Mingəçevir, Biləsuvar, Tovuz və digər rayonları təmsil edən 10 komanda mübarizə aparmışdır.
Final oyununda Mingəçevir komandasını 5:1 hesabı ilə məğlub edən Qax futbolçuları respublika birinciliyinin qalibi adını qazanmışlar. 3-cü yeri on bir metrlik cərimə zərbələri ilə tovuzluları məğlub edən Biləsuvar komandası tutmuşdur. Qalib komandalara Gənclər və İdman Nazirliyinin kubok və diplomları təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:21]
FIFA beynəlxalq transfer qaydalarında dəyişiklik edib
- 11.06.2026 [11:08]
“Zirə” 5 futbolçusu ilə müqavilənin müddətini uzadıb
- 11.06.2026 [10:57]
Üç futbolçu dünya çempionatı tarixinə düşməyə hazırlaşır
- 11.06.2026 [10:48]
NBA: “Nyu-York Niks” final seriyasında üçüncü qələbəsini qazanıb
- 11.06.2026 [10:27]
"UFC Freedom 250" turniri ilk dəfə Ağ Evin ərazisində keçiriləcək
- 11.06.2026 [08:00]
Bu gün futbol üzrə dünya çempionatı start götürür
- 10.06.2026 [21:36]