QAZAXISTAN-AZƏRBAYCAN ƏMƏKDAŞLIĞININ PERSPEKTİVLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın Qazaxıstandakı səfiri Lətif Qəndilov Azərbaycan-Qazaxıstan Hökumətlərarası Əməkdaşlıq Komissiyasının həmsədri, ölkənin energetika və mineral ehtiyatlar naziri V.İzmuxambetovla görüşmüşdür.
Görüşdə Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinə qoşulması, ölkələrimiz arasında aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi, Azərbaycan-Qazaxıstan Hökumətlərarası Əməkdaşlıq Komissiyasının bu il aprel ayının sonunda Bakıda keçiriləcək 4-cü iclasının gündəliyi və digər məsələlər geniş müzakirə edilmişdir.
Bildirilmişdir ki, komissiyanın iclasına hazırlıq məqsədi ilə qazaxıstanlı mütəxəssislər aprelin 25-də Bakıya gələcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:15]
Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
- 15.10.2026 [12:44]
Azərbaycan Prezidenti: Bizi müharibəyə Ermənistan məcbur edib
- 15.10.2026 [12:17]