Qazaxıstan Belarusda terminal tikintisinə başlaya bilər
Astana, 25 iyul, AZƏRTAC
Qazaxıstan Belarusda konteyner terminalının tikintisi layihəsi ilə maraqlanıb.
AZƏRTAC xəbər verir ki, Qazaxıstan Nəqliyyat Nazirliyinin yerli mediaya verdiyi məlumata görə, söhbət Polşa ilə dövlət sərhədindən 15 km məsafədə yerləşən “Svisloch” stansiyasında obyektin modernləşdirilməsi və tikintisindən gedir.
Obyektin əsas fəaliyyəti konteynerlərin 1520 mm-lik dəmir yolu xəttindən 1435 mm-lik xəttə və əksinə olmaqla yüklənməsi olacaq. Bu, Çindən Avropaya və geriyə dəmir yolu marşrutu ilə daşınan yüklərin terminal emalını təşkil etmək üçün lazımdır.
Hazırda tərəflər işçi qrupunun yaradılması üzərində çalışır və əməkdaşlıq şərtlərini müəyyənləşdirirlər.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:34]
Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur
- 16.10.2026 [18:43]
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
- 16.10.2026 [18:40]
Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb
- 16.10.2026 [18:33]
Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir
- 16.10.2026 [18:20]