Qazaxıstan Enerji Nazirliyi: Xəzər Boru Kəməri Konsorsiumunun terminalında işlər davam edir
Astana, 1 avqust, AZƏRTAC
Xəzər Boru Kəməri Konsorsiumunun (XBKK) işinin tam dayandırılması nəzərdən keçirilmir.
AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan Enerji Nazirliyinin sözçüsü Asel Serikpayeva bildirib.
O, bəzi media orqanlarında belə bir ehtimal barədə yayılan məlumatların həqiqətə uyğun olmadığını deyib.
Enerji Nazirliyi iyulun 31-də konsorsiumun fəaliyyətini müvəqqəti olaraq dayandırdığını, lakin yükdaşıyanlardan neftin yüklənməsinin və rezervuar parkının doldurulmasının davam etdiyini açıqlayıb.
Qeyd olunub ki, avqustun 1-dən etibarən gündəlik neftdaşıma həcmi 100.000 ton təşkil edib. Bu həcmlərin daha da artması dəniz terminalında yükləmə üçün tankerlərin vaxtında hazır olmasından asılıdır.
Qazaxıstan Enerji Nazirliyi XBKK və yükdaşıyanlarla daim əlaqə saxladığını və mövcud vəziyyətin nəzarət altında olduğunu vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]