Qazaxıstan gimnastı Daniel Mussabayev dünya kuboku yarışlarında yarımfinala yüksəlib
Bakı, 18 fevral, AZƏRTAC
Qazaxıstan batutçusu Daniel Mussabayev Milli Gimnastika Arenasında keçirilən dünya kuboku yarışlarında yarımfinala yüksəlib.
AZƏRTAC xəbər verir ki, kişi idmançıların fərdi təsnifat mərhələsinin birinci qrupunda çıxış edən D.Mussabayevin təqdim etdiyi proqram hakimlər tərəfindən 58,910 xalla qiymətləndirilib. Qrupda birinci olan idmançı yarımfinala vəsiqə qazanıb.
Böyüklər arasında təşkil olunan yarışda Azərbaycanla yanaşı, 15 ölkədən 62 gimnast fərdi və sinxron proqramda mübarizə aparacaq.
İki gün davam edəcək yarış zamanı idmançıların maraqlı və rəngarəng çıxışlarını izləmək istəyən tamaşaçılar biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti təsnifat yarışlarına 7, final mərhələlərinə isə 10 manat təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [23:08]
Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb
- 27.09.2026 [21:18]
Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]